22-04-2025, 09:48 261

Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun anadan olmasından 79 il ötür.

Allahverdi Teymur oğlu Bağırov 1946-cı ilin bu günü, yəni aprelin 22-də Ağdamda doğulub. O, yeddi qız övladından sonra dünyaya gəldiyinə görə ailəsi onu Allahın payı sanaraq Allahverdi adını veriblər.

Allahverdi Bağırov gənc yaşlarından cəsarətli, qorxmaz, sözübütöv, haqsızlığa dözməyən insan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb.

Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub.

Allahverdi Bağırov həm də Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qoruyub. 1976-cı ildə klubun baş məşqçisi təyin olunub və həmin ildə keçirilmiş Ümumittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səy göstərib.

1988-ci ildə Qarabağda ilk erməni aksiyaları başlayanda azərbaycanlıların təşkilatlanmasında Bağırov qardaşlarının böyük xidmətləri olub. Sonrakı illərdə Allahverdi Bağırov digər vətənpərvər insanlarla birlikdə Ağdamda ilk müdafiə dəstələrini yaradır. Həmin vaxt ilk dəfə yerli əhalinin təşəbbüsü ilə Əsgəranla Ağdam arasında keşikçi postu yaradılır və Allahverdi Bağırovun qardaşı Eldar könüllü olaraq bu posta keşik çəkməyə gedir. Daha sonra bu cür özünümüdafiə postları ermənilərlə həmsərhəd digər kəndlərdə də yaradılır.

1991-ci il oktyabrın 1-də Azərbaycan ordusunun ilk hərbi birləşmələrindən biri - 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru yaradılır.

Bu taborun yaradıcıları Eldar və Allahverdi Bağırov qardaşları olur. Eldar Bağırovun komandiri olduğu və 760 döyüşçüsü olan tabora "Vətən oğulları" adı verilir.

Lakin 1991-ci ildə E.Bağırov Bakıda olan Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilir. Bundan sonra tabora Allahverdi Bağırov komandanlıq etməyə başlayır.

1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində uğurlu hücum əməliyyatı keçirib. Onun komandanlığı altında 150 nəfər döyüşçü hücuma keçərək Əsgəran qalasına qədər irəliləyib, işğalçıların bütün canlı qüvvə və texnikasını məhv edib.

Bu əməliyyat nəticəsində Pircamal kəndindəki bütün yüksəkliklər nəzarətə götürülüb, Kətük kəndi ilə üzbəüz müdafiə mövqeyi qurulub.

Cəmisi iki saat çəkən hücum əməliyyatı zamanı Allahverdi Bağırov özü döyüşçülərin önündə olub. Bu əməliyyatdan sonra Allahverdi Bağırov "General Məhəmməd Əsədov" adına mükafata layiq görülüb.

1992-ci il fevralın 26-da Xocalı hadisəsi baş verəndə Allahverdi Bağırovun taboru Xocalıdan qaçan əhalini xilas etmək üçün Qaraqaya istiqamətində hücuma keçib. Bu hücum nəticəsində yüzlərlə insan xilas edilərək Ağdama gətirilib.

Bağırovun erməni tərəfi, konkret olaraq Əsgəran batalyonunun komandiri, erməni polkovnik Vitali Balasyanla danışıqlardan sonra üç gün ərzində 1003 Xocalı sakini əsirlikdən azad edilib. Həmçinin bu danışıqlar nəticəsində 700 azərbaycanlının cəsədi geri alınıb.

Məhz Allahverdi Bağırovun Vitali Balasyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olub. O, erməni əsirləri avtobusla gətirib sahiblərinə təhvil verib, qarşılığında alınan azərbaycanlı əsirləri və cəsədləri Ağdama gətirib.

Allahverdi Bağırovun sonuncu ən böyük əməliyyatı 1992-ci il iyunun 12-də baş tutur. Bağırovun komandanlığı altında hücuma keçən Azərbaycan ordusu Aranzəmin, Naxçıvanlı, Dehraz, Təkir, Mirikənd kəndlərini düşməndən təmizləyərək Əsgəran qalasına qədər irəliləyib. Pircamal kəndindəki bütün yüksəkliklər nəzarətə götürülüb, Kətük kəndi ilə üzbəüz mövqe qurulub. Aranzəmin kəndində gedən döyüşlərdə 100 erməni məhv edilib, düşmənin 10 döyüşçüsü əsir götürülüb.

Bu əməliyyatdan iki gün sonra iyunun 14-də təcili iş üçün geri, Ağdama çağırılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanlıdan geri qayıdarkən minaya düşüb. 46 yaşlı Allahverdi Bağırov sürücüsü və Nizami adlı həkimlə birlikdə şəhid olub.

A.Bağırovun Bakıda Şəhidlər Xiyabanında dəfni planlaşdırılsa da, sonradan Ağdamda qardaşı Eldarın yanında dəfn olunub. O, ölümündən sonra 24 fevral 1993-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı və "Qızıl ulduz" medalına layiq görülüb.

Paylaş

Xəbər lenti

Evlilikdən uzaq duran bürclər açıqlanıb Bu gün, 00:48 Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı Dünən, 23:48 Gəncədə qonşular arasında dava - Bıçaqlanan var Dünən, 23:48 Britaniyanın sabiq səfiri ilə bağlı araşdırma başlanıb Dünən, 23:48 Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin "müəmmalı" taleyi Dünən, 23:48 28 yaşlı oğlan evlərinin həyətində ölü tapıldı Dünən, 22:48 TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb Dünən, 22:48 ABŞ-də edam qaydaları dəyişdirildi – güllələnmə də siyahıya əlavə olundu Dünən, 22:48 Azərbaycan və Lüksemburq Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub Dünən, 21:48 Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Avropa çempionatında bürünc medal qazanıb Dünən, 21:48 Macarıstanda ilk: görmə məhdudiyyətli siyasətçi nazir təyin olundu Dünən, 21:48 Naxçıvanda ümumi uzunluğu 94 kilometrdən çox olan yollar əsaslı təmir olunacaq Dünən, 21:48 Abşeronda 17 nəfər saxlanılıb, 19 cinayətin üstü açılıb Dünən, 20:48 Bəzən yollar niyə təhlükəli "oyun meydanı"na çevrilir? Dünən, 20:48 Hikmət Hacıyev çinli nazirlə rəqəmsal sahədə əməkdaşlığı müzakirə edib Dünən, 20:48 Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilir Dünən, 20:48 Bakı Təşəbbüs Qrupu: Ermənistanda azərbaycanlılara qarşı sistemli ayrı-seçkilik siyasəti aparılıb Dünən, 20:48 Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır Dünən, 20:48 Arif Əsədov: "İndiki vəziyyətdə "Neftçi" "Qarabağ"dan daha şanslı görünür" Dünən, 19:48 Qonşusunu müdafiə etdi, öz həyətində hücuma məruz qaldı - Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI Dünən, 19:48 Çexiya Baş nazirinin Azərbaycana səfər tarixi rəsmən elan edilib Dünən, 19:48 Netanyahuda erkən mərhələli xərçəng aşkarlanıb – müalicə uğurla başa çatıb Dünən, 19:48 Hörmüz boğazı ətrafındakı gərginlik Azərbaycana yüklərin gətirilməsinə necə təsir göstərib? Dünən, 19:48 Azərbaycan güləşçisi İslam Bazarqanov Avropa çempionatında finala yüksəlib Dünən, 19:48 Qobustanda həlak olan işçi ilə bağlı dəhşətli TƏFƏRRÜAT: "Müdiri deyib ki, gəlməsən, səni işdən çıxaracağam" Dünən, 18:48 IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır Dünən, 18:48 Suriyadan Azərbaycana gətirilən daha 5 nəfər psixososial dəstək prosesinə cəlb edilib Dünən, 18:48 PFL prezidenti Elxan Səmədov növbəti dəfə əməliyyat olunub Dünən, 18:48 Qalmaqallı bankirin oğluna qarşı milyonluq dələduzluq ittihamı - İslam Yusifov nədə təsirləndirilir? Dünən, 18:48 Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb Dünən, 18:48 İki güləşçimiz yarımfinalda Dünən, 17:48 Binədə 9 mənzildən oğurluq edən şəxs həbs edilib Dünən, 17:48 Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb Dünən, 17:48 MEDİA: Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparılması ilə bağlı yayılan məlumatlar əsassızdır Dünən, 17:48 Bağça müdiri olmaq istəyənlərin diqqətinə Dünən, 17:48 Bakıda Atatürk və Antena parkları birləşdirilir - PARKİNQ LƏĞV OLUNUR Dünən, 17:48 Vinisiusu təhqir edən futbolçuya CƏZA VERİLDİ Dünən, 17:48 Ermənistan seçkiqabağı döyüş meydanına çevrilir? Dünən, 17:48 Azərbaycanda bu imtahanda iştirak qiyməti 60 manat oldu Dünən, 16:48 Kamran Əliyev İran səfiri ilə regional hadisələri və ikitərəfli əlaqələri müzakirə edib Dünən, 16:48 Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib Dünən, 16:48 Çoxmənzilli binalarda fərdi istilik sistemlərinə icazə halları müəyyənləşib Dünən, 16:48 AFFA və WUF13 Əməliyyat Şirkəti "Futbolda davamlı idarəetmə" mövzusunda birgə seminar təşkil edib Dünən, 16:48 Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib Dünən, 16:48 Bolt-dan yeni xidmət: 4,99 AZN ilə daha çox qənaət Dünən, 16:48 "Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR Dünən, 16:48 Küləkli hava davam edir - FAKTİKİ HAVA Dünən, 16:48 "Qarabağ"ın 9 oyunluq "Sabah" sindromu: Mircavadov Bakı klubunun yüksəlişini sevindirici hal sayır Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR