26-04-2025, 09:48 256

Çernobıl qəzasından 39 İL ÖTÜR

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 39 il ötür.

1986-cı il aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb.

Hadisədən sonra həyat üçün təhlükəli olan radioaktiv duman yaranıb. Nəticədə 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənib.

Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etsə belə, "ölüm buludu"nun yerdə qalan hissəsini külək cənuba sürükləyib.

Qəza nəticəsində Ukraynada 4 400 nəfər həyatını itirib. Onlardan çoxu partlayışın nəticələrini aradan qaldırmaq üçün əraziyə gələn fəhlələr olub. Yaralıların ümumi sayı mübahisəli bir məsələ olaraq qalır.

Ümumilikdə, faciə zamanı 7 000-ə yaxın insan həlak olub, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəstliklə üzləşib, on minlərlə insan isə sonsuz qalıb.

Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90%-də əlillik yaranıb. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolaşmaqdadır.

1986-cı il Çernobıl AES qəzası SSRİ-nin nüvə sahəsindəki nüfuzuna ciddi zərbə vurdu. Dünyada ilk dəfə AES inşa edən SSRİ nüvə enerjisi sahəsində lider dövlət olma iddiasını itirdi. Çernobıl qəzası sovet nüvə enerji sənayesində təhlükəsizliklə bağlı narahatlığa səbəb oldu.

Bütün bunlarla yanaşı, qəzanın səbəb olduğu maddi zərər, dağıntı, psixoloji sarsıntı SSRİ-yə olan inamı zədələdi və bir sıra mütəxəssislərə görə Çernobıl AES qəzası Əfqanıstan müdaxiləsi kimi SSRİ-nin dağılmasına səbəb olan amillərdən biri idi.

Xatırladaq ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün 1986-ci ildə Çernobıla yeddi min azərbaycanlı göndərilmişdi. Onlardan 2 000 nəfəri Çernobılda aldıqları şüalanmadan vəfat edib.

1993-cü ildə Azərbaycanda "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Qanun qəbul olunub. Bu qanun Çernobıl hadisələrində iştirak etmiş vətəndaşların sosial müdafiəsini, müalicəsini və digər hüquqları tanıyır.

Paylaş

Xəbər lenti

Tramp: ABŞ İrandan yeni təklif alıb Bu gün, 00:48 Yeni həftədə yaxşı pul qazanacaq bürclər Bu gün, 00:48 Çernobıl AES-də baş verən qəzadan 40 il ötür Bu gün, 00:48 "Şəkili Pərviz" həbs olundu Dünən, 23:48 Zelenski: Kiprdə Ukraynanın Aİ-yə üzvlüyü prosesinin inkişafı barədə razılıq əldə olunub Dünən, 23:48 Cəbrayıl Hacıyev Avropa çempionatında bürünc medal qazanıb Dünən, 23:48 Muxtar Babayev: Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir Dünən, 23:48 İstilik sistemi ilə bağlı YENİ QAYDALAR: Çoxmərtəbəli binalarda kombilərin dövrü bitir? Dünən, 23:48 Mingəçevirdə güclü külək fəsad yaratdı - Aşan ağaclar mənzillərə ziyan vurdu Dünən, 23:48 Pezeşkian 30 milyon könüllüdən kömək istəyib Dünən, 22:48 Abbas Əraqçi Omana gedib Dünən, 22:48 XİN Ukrayna ilə imzalanan saziş haqqında məlumat yayıb Dünən, 21:48 Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? Dünən, 21:48 Meksika XİN Çiuaua ştatındakı insidenti şərh edib Dünən, 21:48 Polisdən əməliyyat: Axtarışda olan 153 nəfər saxlanılıb Dünən, 20:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Zelenskinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb Dünən, 20:48 Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi qızıl medal uğrunda mübarizə aparacaq Dünən, 20:48 Azərbaycan Ukraynaya humanitar yardım olaraq beş avtobus göndərib Dünən, 20:48 Göygöldə 62 yaşlı qadın dəm qazından boğulub Dünən, 19:48 Mənzili olanlara VACİB XƏBƏR: Sığortasız evlərə görə cərimələnə bilərsiniz Dünən, 19:48 Azər Əkbərli vəfat etdi Dünən, 19:48 Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu Dünən, 18:48 "Sumqayıt" Premyer Liqanın XXIX turunda "İmişli"ni məğlub edib Dünən, 18:48 Gözlərimizin zəifləməməsi üçün nə etməli? Dünən, 18:48 Azərbaycanın Ukraynaya humanitar yardımı prinsipial və praqmatik siyasətin nümunəsidir - RƏY Dünən, 18:48 Sibiqa: Azərbaycan və Ukrayna hüquqi yardım haqqında saziş imzalayıblar Dünən, 18:48 Sahildə ev tikənlərə XƏBƏRDARLIQ: "Xəzərin məkanına girmək olmaz" Dünən, 18:48 Azərbaycan QHT-lərindən Nyu-York merinə açıq məktub: "Milyonlarla insanın hisslərinə toxunmusunuz" Dünən, 17:48 Məşhur aktyor "Eşref Rüya"da çəkiləcək Dünən, 17:48 Azərbaycanın ilk moda muzeyində göz oxşayan, fərqli nümunələr Dünən, 17:48 Dünya çempionatı: Final oyununun biletləri 2 milyon dollara satılır Dünən, 17:48 WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq Dünən, 17:48 Bu ölkə 28 fevraldan sonra ilk dəfə hava məkanını uçuşlara açır Dünən, 16:48 İran komandosu ABŞ hava donanmasına atəş açdı - ANBAAN VİDEO Dünən, 16:48 Azərbaycanın dörd boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib Dünən, 16:48 "Sabah" Azərbaycan Basketbol Liqasının finalına yüksəlib Dünən, 16:48 "Neftçi" və "Qarabağ"dan birgə bəyanat: Azərbaycan futbolu qələbə qazansın! Dünən, 16:48 Albert Aqarunovun komandiri: O, əsl tankçı idi və peşəsini çox sevirdi Dünən, 16:48 Əraqçı İranın şərtlərini Pakistan tərəfinə çatdırdı Dünən, 16:48 Naxçıvanda Çernobıl əlillərinə avtomobil təqdim olunub Dünən, 16:48 İtkin düşən 13 nəfər ötən gün tapılıb Dünən, 16:48 Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb Dünən, 15:48 Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır Dünən, 15:48 Bu tarixlərdə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ Dünən, 15:48 Ayxan Hacızadə: Məmdaninin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir Dünən, 15:48 Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər? Dünən, 15:48 Türkiyənin bu şəhərinə güclü qar yağdı Dünən, 15:48 Bakı ilə Kiyev arasında humanitar yardım oxşar problemlərin mövcudluğuna işarədir - RƏY Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR