30-04-2025, 20:48 814

Bakıda Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 8-ci iclası keçiriləcək

Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 8-ci iclası 2026-cı ildə Bakı şəhərində keçiriləcək.

BAKU.WS Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə qərar bu gün Londonda keçirilən Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasında qəbul edilib.

İclasın yekunda Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekunlarına dair Protokol imzalanıb.

Həmçinin tədbir çərçivəsində Birləşmiş Krallığın İxrac Kredit Agentliyi (UKEF) və Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında Anlaşma Memorandumu da imzalanıb.

İclasdan əvvəl energetika naziri Pərviz Şahbazovla Birləşmiş Krallığın biznes və ticarət üzrə dövlət katibinin müavini, xidmətlər, kiçik bizneslər və ixrac naziri Qaret Tomas arasında ikitərəfli görüş olub. Görüşdə iki ölkənin əməkdaşlıq gündəliyində yer alan aktual məsələlərə dair müzakirələr aparılıb.

Sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Hökumətlərarası Komissiyanın iclasında həmsədrlər - Birləşmiş Krallığın xidmətlər, kiçik bizneslər və ixrac naziri Qaret Tomas və Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış ediblər.

Nazir Qaret Tomas deyib ki, bu gün Azərbaycanla əldə olunan razılaşmalar iki ölkə arasında iş münasibətlərinin daha da yaxşılaşdırılmasına imkan verəcək: "İqtisadi artımı sürətləndirməyə yönəlmiş planlarımız bu sənədlərin əsasını təşkil etməklə energetika, infrastruktur və təhsil sahələrində ixracın və göstərilən xidmətlərin genişlənməsinə təkan verir. Azərbaycan onillərlə Böyük Britaniyanın bir çox sənaye sahəsində əsas tərəfdaşı olmuşdur və bu razılaşmalar növbəti illərdə mövcud əməkdaşlığı daha da möhkəmləndirəcəkdir."

Nazir Pərviz Şahbazov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin əsas ticarət tərəfdaşı olan Birləşmiş Krallıqla münasibətlərin inkişafına və çoxşaxəli əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. Bildirilib ki, Böyük Britaniya 37 milyard ABŞ dollarından çox sərmayə qoyuluşu ilə Azərbaycanda ən iri xarici investor statusunu qoruyur. Ölkəmizdə müxtəlif sahələrdə 500-dən çox Britaniya şirkətinin aktiv fəaliyyəti, cari ilin 1-ci rübündə ikitərəfli ticarət dövriyyəsinin 4 dəfə artması ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın dinamik inkişafının göstəriciləri kimi qiymətləndirilib.

Nazir həmçinin qeyd edib ki, Azərbaycanın neft-qaz sektoruna 35 milyard ABŞ dollarından artıq sərmayə qoymuş BP ilə uzunmüddətli tərəfdaşlıq Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyindəki strateji rolunu davam etdirməsi, "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında hasilatın sabitləşdirilməsi və maksimum səviyyəyə çatdırılması ilə yanaşı, yeni layihələrin icrası istiqamətində də genişlənir: "Şəfəq" Günəş Elektrik Stansiyasının fəal tikinti mərhələsinə tezliklə start veriləcək. Bu layihə BP ilə "yaşıl enerji" və neft-qaz sənayesinin dekarbonizasiyası sahəsində əməkdaşlığımızın qabaqcıl nümunəsidir. Biz, eyni zamanda, digər Britaniya şirkətləri və investorları ilə də müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə hazırıq. Enerji keçidi, nəqliyyat və infrastruktur sahələrində prioritet layihələr üçün Birləşmiş Krallığın İxrac Kredit Agentliyi (UKEF) tərəfindən nəzərdə tutulan 5 milyard funt sterlinq həcmində kredit zəmanəti isə ikitərəfli iqtisadi tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə mühüm töhfə verə bilər."

Azərbaycanın 30-a yaxın dövlət qurumunun təmsil olunduğu iclasda 20-dən çox sahə üzrə görülmüş işlər, həlli vacib məsələlər nəzərdən keçirilib və inkişaf perspektivlərinə dair təqdimatlar edilib. Enerji keçidi istiqaməti üzrə dənizdə külək, günəş enerjisi və hidrogen infrastrukturunun inkişafı da daxil olmaqla bərpa olunan enerji, şəbəkənin inkişafı, enerji səmərəliliyi, emissiyaların azaldılması və liberal elektrik enerjisi bazarına keçid kimi sahələrdə əməkdaşlıq edilməsi razılaşdırılıb.

İqtisadiyyatın modernləşdirilməsi/diversifikasiyası üzrə Böyük Britaniya ilə maliyyə və peşəkar xidmətlər, texnologiya, süni intellektin tətbiqi, kiçik və orta sahibkarlıq fəaliyyətinin təşviqi, kibertəhlükəsizlik, elm və təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlıq imkanları dəyərləndirilərək, mümkün istiqamətlər müəyyənləşdirilib.

İnfrastrukturun inkişafı istiqamətində Orta Dəhlizdən istifadə, qarşılıqlı iqtisadi investisiya, tekstil sənayesi üçün ikitərəfli Ticarət və İnvestisiya Platformasının yaradılması imkanlarının müəyyənləşdirilməsi, su təsərrüfatı və tullantıların idarə edilməsi, nəqliyyat, aviasiya, rəqəmsal tikinti və mina təmizləmə sahələrində əməkdaşlıq nəzərdə tutulub.

Tənzimləmə və biznes mühiti istiqamətində hər iki ölkədə şirkətlərin sayının artırılması, sənaye parkları və iqtisadi zonalarla, o cümlədən Ələt Azad İqtisadi Zona (AFEZ) ilə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, bankçılıq, rəqəmsal inkişaf, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində, həmçinin ixrac məhsullarına icazələrin asanlaşdırılması üzrə əməkdaşlıq barədə razılıq əldə olunub. İkitərəfli iqtisadi əlaqələrin inkişafı üçün "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi"nin imzalanmasının vacibliyi bildirilib.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR