
Məşhur model Bella Hadid şəxsi həyatı ilə gündəmə gəlib.
![]()
BAKU.WS xəbər verir ki, o ilk dəfə sevgilisi Adan Banuelos ilə necə tanış olduğundan danışıb.
Model onu ilk dəfə at yarışlarında gördüyünü bildirib:
"Onu ilk dəfə içəri girərkən gördüm və sanki üzərimə bir meh kimi əsdi... Onu gördüm və dedim ki, o budur!... Həmişə kovboyla olmaq istəmişəm. Və o, olduqca yaraşıqlı idi".
Daha sonra isə Bella ailə qurub ana olmaq istədiyini bildirib:
"Ailə qurmağı düşünürəm. Ana olmağı səbirsizliklə gözləyirəm. Hər zaman yanımda güvənə biləcəyim birinin olmağı həyatımı dəyişəcək. Buna can atıram".
Xatırladaq ki, cütlük 2023-cü ilin oktyabrından bu günə qədər eşq yaşayır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.