21-05-2025, 15:48 340

Apellyasiya Komissiyasına 10980 şagird 31982 yazı işi ilə bağlı müraciət edib

2 və 9 mart tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı Apellyasiya Komissiyasının məlumatı açqılanıb.

Bu barədə BAKU.WS-ə DİM-dən məlumat verilib.

İlk növbədə aşağıdakı cədvəldə son 3 ildə imtahan nəticələri ilə bağlı apellyasiya üçün müraciət edənlərin sayı və bu sayların bütün iştirakçıların sayı üzrə faizi təqdim edilib.

İl

İmtahanda iştirakçı sayı

Ərizə sayı

Ərizələrin nisbi sayı (%)

2023

97761

9073

9,28

2024

100864

10492

10,40

2025

115273

10980

9,53

Göründüyü kimi, cari ildə apellyasiya üçün edilən müraciətlərin sayı ilə bağlı faiz göstəricisi əvvəlki illərlə müqayisədə çox deyil. Başqa sözlə, cari ildə yalnız say baxımından görünən cüzi artım əslində imtahan iştirakçılarının ümumi sayının ötən illə müqayisədə çox olması ilə bağlıdır. Ərizələrin nisbi sayında isə əksinə nisbətən azalma var. Bundan əlavə, çox təəssüf ki, sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində ümumilikdə müraciət sayları iştirakçıların şikayəti kimi təqdim edilir. Halbuki real mənzərə fərqlidir və aşağıdakı rəqəmlərdə də bunun şahidi olmaq mümkündür.

2 və 9 mart 2025-ci il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına ümumilikdə 10980 şagird 31982 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Edilən bütün müraciətlər araşdırılıb, haqlı iradlar nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isə şagirdlərin elektron apellyasiya ərizələrinə hər iş üzrə ekspert rəyi əlavə edilib.

Ərizə sayı

O cümlədən boş yazı işi sayı

O cümlədən tam bal almış iş sayı

10980

340

532

Göründüyü kimi, müraciətlərin 340-ı boş yazı işi (bu işlərdə şagirdlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 532-si isə tam bal ilə qiymətləndirilmiş işlərə (bu işlər yoxlama vaxtı markerlər tərəfindən tam bal ilə qiymətləndirilib) aid olub. Tam ballıq işlərə aid müraciətlər də araşdırılıb və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılıb. Şagirdlər artıq elektron apellyasiya ərizələrinə (apelyasiya.dim.gov.az) daxil olaraq komissiyasının qərarları ilə tanış ola bilərlər. Qeyd edək ki, apellyasiya prosesinin başa çatması ilə bağlı şagirdlərin elektron apellyasiya ərizələrində yazdıqları mobil telefon nömrələrinə "sms" məlumat da göndərilib.

İmtahanlarda yerinə yetirilmiş yazı işi sayı

2,7 milyondan çox

Düzəliş edilmiş yazı iş sayı

2129 (0,08%)

O cümlədən yerdəyişmə halları ilə bağlı

553

O cümlədən xəttin çətin oxunması halları ilə bağlı

9

O cümlədən çərçivədən kənara çıxma halları ilə bağlı

5

O cümlədən qiyməti azaldılmış iş sayı

30

Apellyasiya komissiyası tərəfindən imtahanda iştirak edən 115273 şagirdin 1824-nün qiymətində düzəliş edilib. Bu, imtahan iştirakçılarının 1.58%-ni təşkil edir. Düzəliş edilən yazı işlərinin sayı isə 2129-dur. Bu isə hər iki imtahan üzrə birlikdə bütün yazı işlərinin cəmi 0,08%-ni təşkil edir. Bu rəqəmlər kütləvi imtahanlar üçün adi qəbul olunan statistik göstəricilərdir.

Qeyd edək ki, şagirdlər imtahanlarda 2,7 milyondan çox yazı işi yerinə yetiriblər. Bundan əlavə, 2129 düzəlişdən 553-ü yerdəyişmə halları (cavab vərəqində bir tapşırığa aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıq üçün nəzərdə tutulmuş hissəyə yazılması halları), 9-u şagirdin xəttinin çətin oxunması, 5‑i cavab vərəqində yazı işinin yerinə yetirilməsi üçün nəzərdə tutulan çərçivədən kənara çıxma halları, qalanları isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən səhvlərlə bağlıdır. 30 halda (2 mart imtahanı üzrə 22, 9 mart imtahanı üzrə 8) yazı işinə verilən bal ekspertlərin rəyi ilə endirilib.

Dəyişiklik edilən işlərlə bağlı müvafiq düzəlişlər 26-27 may 2025-ci il tarixlərində şagirdlərin imtahan nəticələri səhifəsində verilən yekun ballarında öz əksini tapacaq.

Xarici dil fənləri üzrə xəttin oxunmasında ciddi çətinlik olan yazı işləri ilə bağlı müraciətlər çoxluq təşkil edir. Belə müraciətlərdən yalnız dəqiq oxunma mümkün olan hallarda düzəliş edilib. Oxunması mümkün olmayan işlərlə bağlı hər hansı düzəliş edilməyib.

Tədris dili fənləri (Azərbaycan dili və rus dili) üzrə mətnə aid tapşırıqlar cavablandırılarkən mətnə heç bir aidiyyatı olmayan məlumatların yazıldığı işlərlə bağlı müraciətlər çoxluq təşkil edir. Tapşırığın tələbi yerinə yetirilmədiyi üçün belə yazı işlərində düzəliş edilməyib.

Riyaziyyat fənni üzrə yalnız cavab yazıldığı və həll prosesinin ümumiyyətlə olmadığı və ya həllin yalnız son mərhələsinin yazıldığı və digər mərhələlərinin yazılmadığı hallara aid müraciətlər çoxdur. Əvvəlcədən məlum olduğu kimi, yazı işi tapşırıqlarında həllin bütün mərhələlərinin yazılması tələb olunduğu üçün bu tip yazı işlərində də düzəliş edilməyib.

Qeyd edək ki, bir çox müraciətçilər nəticə elan edildikdən sonra onların elektron səhifələrinə yerləşdirilən yazı işləri, qiymətləndirmə meyarları və hər tapşırıq üzrə aldıqları ballarla tanış olmadan kütləvi şəkildə birbaşa apellyasiya üçün müraciət ediblər.

Şagirdlərin nəzərinə çatdırırıq ki, apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılıb:

  • Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılıb;
  • Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilib;
  • Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı "sms" göndərilib.

Şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR