22-05-2025, 18:48 248

Azərbaycanda bütün karyeranı əhatə tam xidmət modeli –

Yeni istiqamətlər, yeni təkliflər – "UniDestin" nə vəd edir?

Azərbaycanda xaricdə təhsil, özünüinkişaf, karyera yüksəlişi sahəsində yeni istiqamətləri, innovativ təklifləri və uzunmüddətli dayanıqlığı özündə ehtiva edən "UniDestin" Tədris Mərkəzinin açılışı olub.

AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, açılış mərasimində təhsil üzrə mütəxəssislərlə yanaşı, müxtəlif universitetlərin tələbələri, əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Ülviyyə Hüseynova: "UniDestin" Tədris Mərkəzi olaraq böyük konsepsiyanı əhatə etməyi və çoxşaxəli fəaliyyət göstərməyi hədəfləmişik"

"UniDestin" Tədris Mərkəzinin meneceri Ülviyyə Hüseynova APA-ya açıqlamasında yeni fəaliyyətə başlayan tədris mərkəzinin qısa müddətdə əldə etdiyi uğurlardan və qarşıya qoyulan məqsədlərdən bəhs edib:

"Son illər xaricdə təhsil almaq əksər tələbələrin arzusu, bir çoxunun isə tam qətiləşdirdiyi məqsədidir. Hamımıza məlumdur ki, kəmiyyət göstəricilərinə nəzər salsaq, görərik ki, bu gün Azərbaycanda onlarla xaricdə təhsillə bağlı kurs fəaliyyət göstərir. Keyfiyyət göstəricilərinə gəldikdə isə, həmişə arzuolunan mənzərə ilə qarşılaşmırıq. "UniDestin" Tədris Mərkəzi olaraq böyük konsepsiyanı əhatə etmək və çoxşaxəli fəaliyyət göstərməyi hədəfləmişik".

Xaricdə təhsil almaq istəyən şəxs gedəcəyi ölkənin dövlət dilini öyrənmək şansı qazanacaq

Ülviyyə Hüseynova qeyd edib ki, "UniDestin"də dil kursları fəaliyyətə başlayır: "Peşəkar dil mütəxəssislərinin iştirakı ilə dil kurslarımız fəaliyyətə başlayır. Bizə müraciət edən şəxs təhsil alacağı ölkənin dilini öyrənmək imkanı qazanacaq. Bundan əlavə, həmin ölkələrin dili ilə yanaşı, gündəlik həyatı, ab-havası, coğrafi mövqeyi, nəqliyyat sistemi və s. kimi detallarla bağlı tam məlumata sahib ola biləcəklər".

"UniDestin"in üçbucaqlı uğur strategiyası:

fərdin karyera yüksəlişi – valideyn əminliyi – peşəkar müəllimlərlə iş

"Tədris mərkəzimiz şagirdlərlə, tələbələrlə yanaşı, onların valideynləri ilə əlaqəli şəkildə irəliləməyin vacibliyi prinsiplərimizə daxildir. Ən azı, onlar öz övladlarının gələcəyini bizə etibar edərkən hər şeydən əmin olmalıdırlar. Üçbucaqlı uğur strategiyamızın tamamlayıcı tərəfi isə peşəkar müəllimlərlə işləməkdir. Bir az əvvəl qeyd etdiyim kimi, keyfiyyət göstəriciləri ilkin prinsipimizdir", - Ülviyyə Hüseynova əlavə edib.

"UniDestin" Tədris Mərkəzi tam xidmət modeli təklif edir – Karyeranın bütün mərhələlərini əhatə edən imkanlar

"UniDestin"in meneceri vurğulayıb ki, əsas fokuslandıqları məsələ tam xidmət modeli ilə bağlıdır:

"Dil kursları həmin tam xidmət modelinin ilkin mərhələsidir. Bu mərhələdən sonra xaricdəki univesitetlərdə mövcud olan müxtəlif ixtisaslar üzrə xüsusi təlimlər keçiriləcək. Məsələn, xaricdə fizika, kimya, tətbiqi riyaziyyat, informatika, yaxud digər hər hansı bir ixtisası seçmək istəyən şəxs üçün "UniDestin"də təşkil ediləcək təlimlər xaricidilli mütəxəssislər tərəfindən icra olunacaq. Onlar hər biri nüfuzlu universitetlərin məzunlarıdır".

Bürokratik ənəgəlləri dəf etmək üçün tələbələrə köməklik

Ülviyyə Hüseynova bildirib ki, azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil alması üçün konsultasiya və sənədləşmə prosesi isə tam xidmət modelinin növbəti mərhələsini təşkil edir:

"Bəzən xarici universitetə qeydiyyat, sənədləşmə məsələlərində tələbələr çoxmərhələli proseslə üz-üzə olurlar. "UniDestin" bu məsələlərdə də tələbələrə dəstəyini əsirgəməyəcək. Xaricdə təhsil almaq üçün lazım olan sertifikatların təmin edilməsi də nəzərdə tutulub. Ən vacib məsələ isə xüsusi təqaüdlü proqramların qazanılmasıdır. Bu, xaricdə təhsil alan tələbənin sosial rifahı naminə prioritetlər sırasındadır".

Təhsildən sonrakı mərhələdə staj proqramları, müxtəlif təcrübələr

Həmsöhbətimiz tam xidmət modelinin təhsildən sonrakı mərhələni də əhatə etdiyi bildirib. O vurğulayıb ki, bu mərhələ karyera yüksəlişinin əsasını təşkil edir, ona görə də "UniDestin" gördüyü işin sona qədər uğuruna əmin olmaq üçün protəhsil dövründəki təcrübə məsələsində də şəxslərə yardımçı olacaq.

"UniDestin"in son iki uğuru – ABŞ universitetlərinə qəbul

Ülviyyə Hüseynova açılış mərasimində Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatında yerləşən Klrakson Universitetinə qəbul olan Asim Şirinovu və Massaçusets ştatında yerləşən UMass Boston kollecinə qəbul olan Günel Xəlilzadəni təbrik edib, tədris mərkəzinin son iki uğuru kimi onları nümunə göstərib. Onların hər ikisi APA-ya açıqlamasında universitetlərlə əlaqə saxlanılması, zəruri sənədlərin hazırlanması, ümumən, qəbul prosesində "UniDestin"in rolundan bəhs ediblər.

"UniDestin"də yaş məhdudiyyəti yoxdur

Mərkəzin meneceri açılışdakı nitqində fəaliyyət göstərəcək kurslardan yararlanmaq istəyənlər üçün yaş məhdudiyyətinin olmadığını vurğulayıb. O bildirib ki, həm ibtidai, həm orta, həm də ali təhsil alanların üzünə "UniDestin"in qapıları açıqdır.

"UniDestin" Xəzər Universitetindəki Karyera sərgisində iştirak edəcək

"UniDestin" Tədris Mərkəzi sabah Xəzər Universitetində keçiriləcək Karyera sərgisində iştirak edəcək", – Ülviyyə Hüseynova əlavə edib.

Avropa ilə yanaşı, Asiyadakı universitetlərə qəbul imkanı

"UniDestin" Tədris Mərkəzinin xaricdə təhsil üzrə mütəxəssisi Orxan Cəfərzadə çıxışında qeyd edib ki, Avropadakı universitetlərlə yanaşı, Asiyadakı ali təhsil ocaqlarına qəbul proqramlarını əldə etmək planlaşdırılır:

"UniDestin" xarici təhsillə yanaşı, tələbələrin "SAT", "TOEFL", "IELTS" imtahanlarından uğurla keçməsini və müvafiq sertifikatların onlara təqdim olunmasını da öhdəlik götürüb. Şirkətimiz dünyanın müxtəlif ölkələrində həm bakalavr, həm magistr, həm də doktorantura təhsil səviyyələri üzrə qəbullar həyata keçirir".

Paylaş

Xəbər lenti

Nərgiz Cəlilova: "Televiziya tarixində ən xoşbəxt nəsil bizik" Bu gün, 12:48 ƏƏSMN: Azərbaycanda 78 uşaq himayədar ailələrə verilib Bu gün, 12:48 İstirahətə getmək niyə xəyal olaraq qalır? - Əl yandıran qiymətlərin səbəbləri Bu gün, 12:48 Cüdo millimiz Avropa Kubokunun ilk günündə qızıl medal qazanıb Bu gün, 12:48 Baş Şirvan kollektorunda timsah peyda olub? Bu gün, 11:48 "Sabah"ın qapıçısı Rəvan Mirzəmmədov U-21-in düşərgəsindən ayrılıb Bu gün, 11:48 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb Bu gün, 11:48 Bir kliklə başlayan kabus: Uşaqlar internetdə necə hədəfə çevrilirlər? Bu gün, 11:48 Talıb Tale: "Taleyim belə gətirdi, peşman deyiləm" Bu gün, 10:48 "BMW" idarəetmədən çıxıb aşdı - Yaralılar var Bu gün, 10:48 Türkiyədə sərnişin avtobusunda faciə: 8 nəfər həyatını itirib Bu gün, 10:48 "Sabah" futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb Bu gün, 10:48 Külək bir sıra bölgələrdə fəsadlar törədib: "Eyvanda çay içirdim, birdən güclü səs gəldi" Bu gün, 10:48 AZAL Gəncə - Sankt-Peterburq uçuşlarını bərpa edib Bu gün, 09:48 Cavid Kurbanov: "Dindarlar axirətə inansaydılar, yaxınlarının ölümünə sevinərdilər" Bu gün, 09:48 Azərbaycan və digər yğmaların pley-off rəqibləri dəqiqləşib Bu gün, 09:48 PSJ-nin qələbəsindən sonra iğtişaşlarda 416 nəfər saxlanılıb Bu gün, 09:48 "Turan Tovuz" avrokuboklara buraxılmaya bilər Bu gün, 09:48 PSJ ardıcıl ikinci dəfə UEFA Çempionlar Liqasının qalibi olub Bu gün, 00:48 Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb Bu gün, 00:48 Bakıda obyekt səkini zəbt etdi - Qurumdan maraqlı açıqlama: "Uzun illər öncə tikilib" Dünən, 23:48 Pentaqon rəhbəri ABŞ qoşunlarının Yaxın Şərqdəki bazalardan çıxarılmasını istisna etməyib Dünən, 23:48 Həyəcan təbili çalındı: Konqoda Ebola misli görünməmiş sürətlə yayılır Dünən, 23:48 Sabah Masazırın bir hissəsində işıq olmayacaq Dünən, 23:48 ABŞ-İran münaqişəsi yenidən ALOVLANDI: Yaxın Şərq yeni qarşıdurma mərhələsinə daxil olur? Dünən, 22:48 ABŞ Yaxın Şərqdəki bazalardan qoşunları çıxarır? - Heqset AÇIQLADI Dünən, 22:48 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib Dünən, 22:48 Zelenski: Ukrayna vacib danışıqlara hazırlaşır Dünən, 22:48 Oman Hörmüz boğazında üzən mina ehtimalı barədə xəbərdarlıq edib Dünən, 21:48 AP: ABŞ blokadanı yarmağa çalışan ticarət gəmisini sıradan çıxarıb Dünən, 21:48 Ukraynada insanabənzər döyüş robotları peyda olub Dünən, 21:48 Britaniyalı nazir: Azərbaycan təhlükəsizlik və diplomatik sahəsində vacib tərəfdaşdır Dünən, 20:48 İsrail Ordusu: "Hizbullah"ın artilleriya qərargahı məhv edilib Dünən, 20:48 İtaliya təlim missiyası çərçivəsində Rumıniyaya 100 əsgər və qırıcı təyyarələr göndərəcək Dünən, 20:48 "Daily Express" Okamponun siyasi manipulyasiyalarını və sülh prosesinə müdaxiləsini ifşa edir Dünən, 19:48 Azərbaycana Afrikadan turist axını 10 %-ə yaxın artıb Dünən, 19:48 Yuxarı Qarabağ kanalından qadın meyiti tapılıb Dünən, 19:48 Azərbaycan banklarına depozit qoyuluşu azalıb Dünən, 18:48 Ukrayna Rusiyanın 16 vətəndaşına və 31 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib Dünən, 18:48 "Liverpul" klubu Arne Slotla yolları ayırdığını açıqlayıb Dünən, 18:48 DÇ-2026-da ən bahalı yığma komanda hansıdır? Dünən, 17:48 Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub Dünən, 17:48 Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb Dünən, 17:48 Münxen beynəlxalq hava limanı naməlum uçan obyektə görə fəaliyyətini dayandırıb Dünən, 16:48 İİTKM rəsmisi: "Yeni Dövlət Proqramı aqrar sektorda bütöv dəyər zəncirinin qurulmasına xidmət edir" Dünən, 16:48 Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib Dünən, 16:48 Suşi sevənləri məyus edən xəbər: Düzgün hazırlanmaması hansı xəstəliklərə səbəbdir? Dünən, 16:48 Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR