2-07-2025, 17:48 381

Rəsmi Bakı: Rusiyanın qeyri-dost hərəkətləri iki ölkənin münasibətlərinə xələl gətirir

Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, xarici işlər nazirinin müavini Araz Əzimov ilə baş tutan görüşdə Rusiya tərəfinin iki ölkə arasında münasibətlərə xələl gətirən qeyri-dost hərəkətləri və addımları ilə bağlı etiraz qarşı tərəfin diqqətinə çatdırılıb.

"27 iyun tarixində Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə Rusiya hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən basqınlar zamanı qanuna zidd əməllər nəticəsində iki həmvətənimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması ilə bağlı dərin narahatlıq bir daha diqqətə çatdırılıb.

Baş vermiş hadisə ilə bağlı Rusiyanın izahatının həlak olmuş həmvətənlərimizin üzərində olan kəskin zorakılıq izləri və ekspertiza rəyi ilə ziddiyyət təşkil etdiyi bildirilib. Reydlər ilə bağlı Rusiya mediasında etnik dözümsüzlük təzahürlərinin müşahidə olunduğu, azərbaycanlılara münasibətdə "etnik cinayətkar qrup" kimi ifadələrdən istifadənin qəbuledilməz olduğu vurğulanıb".

Həmçinin Azərbaycanın Rusiya hüquq mühafizə orqanları tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Rusiya tərəfindən hərtərəfli və obyektiv araşdırma aparılacağını və günahkarların cəzalandırılacağını gözlədiyi bir daha diqqətə çatdırılıb:

"Bununla bağlı Azərbaycan tərəfinin mövqeyinin Rusiyanın daxili işlərinə müdaxilə kimi qələmə verilməsinin əsassız olduğu qeyd edilib".

Görüş zamanı Azərbaycan tərəfindən "Sputnik-Azərbaycan"ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı Rusiya tərəfinin iradlarının əsassız olduğu bildirilib:

"Sputnik-Azərbaycan"a münasibətdə görülən tədbirlərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirildiyi və hal-hazırda istintaq tədbirlərinin davam etdiyi qeyd olunub".

Baş tutan görüşdə ötən ilin sonundan münasibətlərə mənfi təsir edən Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiyanın hava məkanında vurulmasından sonra zəruri müvafiq tədbirlərin görülməməsinin və real vəziyyətin təhrif edilməsi cəhdlərinin, eləcə də Rusiya mediasında bir sıra rəsmi şəxslər və media nümayəndələri vasitəsilə ölkəmizə qarşı dezinformasiya kampaniyasının aparılmasının qəbuledilməz olduğu bildirilib:

"Ölkəmizin bu fəlakətlə bağlı Rusiya tərəfindən tam və şəffaf araşdırma aparılmasını, təqsirkarların müəyyənləşdirilərək, məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyi, bu addımların ikitərəfli münasibətlərdəki mənfi əhval-ruhiyyənin aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb".

Görüşdə həmçinin son 4-5 ay ərzində Rusiyanın ictimai-siyasi nümayəndələri və media qurumları tərəfindən ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı bəyanat və çıxışlarının ikitərəfli münasibətlərə mənfi təsir edən amillər sırasında olduğu qeyd edilib:

"Beləliklə, Rusiya Federasiyasının yuxarıda sadalanan hərəkətlərinin iki ölkə arasında dostluq və qarşılıqlı hörmət ruhuna zidd olduğu, əlavə gərginliyin yaranmasına səbəb olduğu və ikitərəfli münasibətlərə mənfi təsir göstərdiyi səfirin diqqətinə çatdırılıb.

Rusiya tərəfi, ölkələrimiz arasında ikitərəfli münasibətlərdə gərginliyin və mənfi əhval-ruhiyyənin aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görməyə çağırılıb".

Paylaş

Xəbər lenti

Anar Qafarov: "Qlobal problemləri evinizə gətirən o balaca ekranların arxasında böyük müharibələr gedir" Bu gün, 18:48 Bakı Şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib Bu gün, 18:48 Süni intellektlə düzəltdikləri fotolarla qadınları şantaj edən şəxslər saxlanılıb Bu gün, 18:48 Bakıda cinayət işləri üzrə vurulmuş ziyanın 73,2 %-i ödənilib Bu gün, 18:48 Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib Bu gün, 18:48 Tərtərdə ağır qəza: Sıxılı vəziyyətdə qalan iki nəfərin meyiti çıxarıldı Bu gün, 18:48 Dünyanın ən güclü ordularının reytinqi açıqlandı – Türkiyə ilk onluqdadır Bu gün, 17:48 Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb Bu gün, 17:48 Rusiyada Azərbaycana qarşı qarayaxma: Bakının xoş niyyətini anlamayan şovinistlər - ŞƏRH Bu gün, 17:48 Ramin Cəfərov: "Baku TV" son üç ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tədbirlərində fəal iştirak edir" Bu gün, 17:48 Qusarda dini mövzuların mediada təqdimatına həsr olunmuş konfrans keçirilir Bu gün, 16:48 Şəmkirdə 13 yaşlı yeniyetmə ÖLDÜ Bu gün, 16:48 Gündüz İsmayılov: "Əsas məqsədimiz dini məsələlərin rəqəmsal mediada, mətbuatda müzakirəsinin aparılmasıdır" Bu gün, 16:48 SEVİNDİRİCİ XƏBƏR - Bu kəndlərdə yeni su şəbəkələrinin qurulması planlaşdırılır Bu gün, 16:48 Gündüz İsmayılov: "Dini sabitliyin qorunmasında birgə məsuliyyət çox vacibdir" Bu gün, 16:48 5G istifadəçilərinin sayı 3 milyardı keçdi – 6G üçün geri sayım başladı Bu gün, 16:48 Sahir Məmmədxanov: "1875-ci ildə mətbuatın əsasının qoyulması Azərbaycanın ictimai-siyasi və mədəni tarixində dönüş nöqtəsi olub" Bu gün, 16:48 Kəlbəcərdə itkin düşən 11 yaşlı Yaqubun meyiti tapılıb Bu gün, 16:48 Ramin Məmmədov: "Azərbaycanda həyata keçirdiyimiz layihələrin bir neçə əsas məqsədi var" Bu gün, 16:48 DÇ-2026: Ən çox qolu kim vurub? Bu gün, 15:50 Azərbaycanda üç ölkənin qatılacağı hərbi təlimin planlaşdırma konfransı keçirilib Bu gün, 15:50 Azərbaycanda parklanma yerlərinin minimum kvotası təsdiqləndi Bu gün, 15:50 Neft anbarlarının layihələndirilməsi ilə bağlı yeni normalar təsdiqləndi Bu gün, 15:49 Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq Bu gün, 15:49 Xırdalandakı Heydər Parkında ağaclar quruyur - SƏBƏB AÇIQLANDI Bu gün, 15:49 Şabranda kişini elektrik cərəyanı vuraraq öldürüb Bu gün, 15:48 Messi: "Bu komandanın etdikləri inanılmazdır - artıq beşinci finalımızdır" Bu gün, 15:48 Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib Bu gün, 14:48 Zərdabda 1,4 ton narkotik bitki məhv edilib Bu gün, 14:48 İçməli su küçəyə axır - Sakinlərdən şikayət Bu gün, 14:48 Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovu çəki sala bilmədiyi üçün cəzalandırıb Bu gün, 14:48 DDLA gəmiçilik şirkətlərini dənizçilərin təhlükəsizliyini prioritet hesab etməyə çağırıb Bu gün, 14:48 Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlanılıb Bu gün, 14:48 Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi Bu gün, 14:48 Sergey Koretski Ukraynanın Baş naziri təyin edildi Bu gün, 14:48 Messi: "Futbol baxımından İngiltərədən üstün olduğumuzu bilirdik" Bu gün, 14:48 Qubada hamilənin ölümü ilə bağlı araşdırma aparılır Bu gün, 14:48 Qubada hamilə iynədən şoka düşüb, əməliyyatdan sonra ölüb Bu gün, 13:48 Bakı və Bratislava payızda iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun iclasını keçirəcək Bu gün, 13:48 Bakı üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb Bu gün, 13:48 Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var Bu gün, 13:48 "Oturacaqlar köhnəlib, qapılar da nasazdır" - 64 saylı avtobusdan ŞİKAYƏT Bu gün, 13:48 Ucarda 56 yaşlı kişi dialez xəstəsi müalicə zamanı ölüb Bu gün, 13:48 Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək Bu gün, 13:48 İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib Bu gün, 12:49 ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb Bu gün, 12:49 Xırdalandakı Heydər Parkında ağaclar quruyur Bu gün, 12:49 Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR