
Müğənni İradə İbrahimova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, şəxsi instaqram hesabında İraqın şimalında şəhid olan türk hərbçilərlə bağlı paylaşım edib.
Sənətçi onların fotosunu paylaşaraq onlara Allahdan rəhmət, yaxınlarına və ailə üzvlərinə səbr diləyib.
Xatırladaq ki, İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı 12 Türkiyə hərbçisi metan qazından zəhərlənərək şəhid olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.