
Gəncə şəhər Beynəlxalq Hava Limanından Rusiyanın Vnukovo aeroportuna uçması planlaşdırılan aviareys təxirə salınıb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, saat 18:00-da həyata keçirilməsi gözlənilən uçuş sabah saat 12:00-dək təxirə düşüb.
İlkin məlumatlara əsasən, həmin aviareyslə 118 sərnişinin uçması nəzərdə tutulurdu. Sərnişinlərin bir qisminin Gəncə şəhərindəki hotellərə yerləşdirildiyi bildirilib.
Təxirə salınmanın səbəbinin təyyarədəki texniki nasazlıq olduğu ehtimal edilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.