23-11-2025, 18:48 564

Son günlər milli kinomuzun ətrafında intensivləşən maliyyələşmə müzakirələri bu sahədə mövcud olan digər problemləri də üzə çıxarıb. Kino Agentliyinə bu il ayrılan 8.5 milyon vəsaitin yalnız 41 faizinin istifadə olunması, beş milyon qalıq qalması quruma 2026-cı il üçün Maliyyə Nazirliyi tərəfindən əlavə pulun ayrılmasını əngəlləyib. Məsələ ilə bağlı həyəcan təbili Milli Məclisdə də çalınıb. MM-in Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu dövlət büdcəsindən kinoya vəsait ayrılmamasının təhlükə yaratdığını bildirib: "Kinoya vəsait ayrılmasa, bu sahədəki mütəxəssislər iş yerlərini tərk edəcəklər, kinomuz inkişaf edə bilməyəcək".

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Komitə sədrinin bu fikirləri kino adamlarının bir növ ürəyini açıb.

Qeyd edək ki, hazırda kino sahəsi Mədəniyyət Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kino Agentliyi" (ARKA) publik hüquqi şəxs tərəfindən idarə olunur.

Əgər vəsait ayrılmasa...

ARKA-dan bildirilib ki, kino sənayesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Belə ki, qurum ildə orta hesabla 8-10 tammetrajlı filmin istehsal olunduğunu, film layihələrinin istehsalına başlanıldığını, bu canlanmanın kino sənayesində iş yerləri yaratdığını bildirir. ARKA filmlərin yayım hüquqlarının satışına başlanıldığını, yerli kanallarla yayım paketi imzalandığını, filmlərin Kann, Venesiya kimi nüfuzlu festivallara ayaq açdığını, beynəlxalq əməkdaşlığın genişləndiyini də qeyd edir. Agentliyin diqqətində olan ən böyük iş isə dağılmış vəziyyətdə olan "Azərbaycanfilm" kinostudiyasının müasir kino sənaye parkına çevrilməsidir. Qurum 2025-ci il üçün büdcədən kino çəkilişi üçün ayrılmış vəsaitin xərclənməməsinə aydınlıq gətirərək, hesabında qalan 4.5 milyon manatın yalnız davam edən layihələrin maliyyələşdirilməsinə yönəldiyini açıqlayır. Qurum hesab edir ki, həyata keçirdiyi işlərin müqabilində 2026-cı il dövlət büdcəsində kino sənayesinə vəsait ayrılmaması əldə olunmuş inkişaf dinamikasının dayanmasına, "rebate" mexanizminin tətbiqinin ləngiməsinə və Azərbaycanın qlobal innovasiya indeksində mövqeyinin zəifləməsinə səbəb ola bilər.

Maraqlı bir paradoks yaranıb: əgər əvvəllər "pul yoxdur, kino da yoxdur" deyilirdisə, indi "pul var, kino yoxdur" fikirləri səslənir. Bəs yaranmış vəziyyətlə bağlı kino adamları nə düşünür?

"Pulların xərclənməməsini dəfələrlə söyləmişdik"

Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi Əlisa Cabbarovun fikrincə, söhbət maliyyənin ayrılmamasından deyil, aidiyyəti orqanın 12 milyon dəyərində sorğusuna "yox" deyilməsindən gedir: "Səbəb 2025-ci il üçün ayrılan məbləğin cəmi 41 faizinin xərclənməsidir. Təxmin etmək olar ki, 2026-cı ilə ən azı dörd milyon ayrılacaq, əlavələrə ehtiyac olarsa, ilboyu baxılmasına söz verilib". İcraçı katibin fikrincə, aidiyyəti orqanın kino istehsalının belə planlaması təəssüf doğurur: "Pulların xərclənməməsini dəfələrlə söyləmişdik. Obyektivlik naminə demək lazımdır ki, həm 2024, həm də 2025-ci ildə 10 milyon xərclənib. Amma bu, ayrılan məbləğin 41 faizidir. Səbəb layihə müsabiqələrinin azlığıdır. İldə ən azı üç müsabiqə olmalıdır. Dövlət vəsaitinə ən azı 10 premyera olmalıdır. Qısa və sənədli filmlərin sayı onlarla olmalıdır. Kinomuzun belə potensialı var, dövlətimiz də buna pul ayırır, amma aidiyyəti orqanın planlamanı səhv aparması nəticəsində belə hal yaranıb". Ə.Cabbarov hesab edir ki, kino sahəsinin maliyyələşməsi mütləq davam etməlidir, amma nəzarət də gücləndirilməlidir: "Bunun üçün kino təcrübəsi olan insanlar Kino Agentliyinə işə cəlb edilməlidirlər".

"Ayrılan pulun heç 25 faizi gəlib kinostudiyaya çatmır"

Kinorejissor Əbdül Mahmudov Azərbaycan kinosunun yaşaması üçün hər il büdcədən pul ayrıldığını bildirir: "Amma pul ayıranlar kinonun daxili strukturunu bilmədikləri üçün elə bilirlər ki, il ərzində 3-5 milyon ayrılmaqla böyük kino çəkmək olar. Yaxşı kino çəkmək üçün milyonlar lazımdır. Kino ümumilikdə xərc tələb edir. Filmin hazırlıq, çəkiliş, montaj prosesləri var. Bu kolxoz-sovxoz və ya fabrik-zavod deyil. Ayrılan pulun heç 25 faizi gəlib kinostudiyaya çatmır. Bir də pul təkcə kino çəkmək üçün ayrılmır ki! Kinonun maddi-texniki bazası bərpa olunmalıdır. Kinoya lazım olan atributların hamısı yerində olmalıdır ki, film çəkilsin. Digər tərəfdən, filmlər çəkilir, amma onları nümayiş etdirməyə kinoteatrlar yoxdur. Harada göstərsinlər? Televiziyalar özləri çəkdikləri filmləri nümayiş etdirirlər. Məsələn, əgər mən filmimi beş manata çəkmişəmsə, onun nümayişi üçün gərək 15 manat xərcləyəm. Agentlik nə etməlidir? Pulu çölə atmalıdır? Kinostudiya bərpa olandan sonra biz dövlətə pul verəcəyik. Hazırda isə kinostudiya ölü vəziyyətdədir. Onu diriltmək üçün vəsait olmalıdır. Kino mərhələli yaradıcılıq prosesidir. Film bir günə çəkilmir ki, pul xərclənib qurtarsın". Rejissor, həmçinin hesab edir ki, kino strukturunda qeyri-müəyyənlik var.

"Problemin yaranması idarəetmə ilə bağlıdır"

Kinorejissor Yavər Rzayev da yaranmış duruma görə narahatdır. Onun fikrincə, "Azərbaycanfilm" kinostudiyasına sifariş verilməməsi suallar yaradır: "Bu, bizim üçün qaranlıq qalıb. Kinostudiyada hər şey var, az-maz köhnə işçilər də qalıb. Hiss edirəm ki, kinoda irəliləyiş var. Proses yavaş-yavaş gedir. Yeni nəsil üzə çıxır, 2-3 ad var ki, püxtələşib rejissor olacaq. Ancaq sistemi qurmaq üçün qanunu bilmək lazımdır. İncəsənətdə dəyərlər başqadır, bu, mal istehsal edən sahə deyil". Rejissor hesab edir ki, problemin yaranması idarəetmə ilə bağlıdır: "Həm nazirin, həm də kinoya rəhbərlik edən adamların ətrafında kinonu bilən ekspertlərin, mütəxəssislərin olması lazımdır. Belə adamlar olsa, problem də yaranmaz".

Paylaş

Xəbər lenti

İran yeni raket buraxılış qurğusunu nümayiş etdirdi Bu gün, 21:48 "Yuventus"dan möhtəşəm qələbə: Rəqibini 4 qolla məğlub etdi Bu gün, 21:48 Azərbaycan kinosuna 12 milyon manat ayrılır – Bu vəsait hansı dəyişikliklərə yol açacaq? Bu gün, 21:48 İranda elektrik enerjisi ilə bağlı ciddi problem: Ölkə üzrə fasilələr başlayacaq Bu gün, 20:48 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib Bu gün, 20:48 Hövsanda yollar bərbad vəziyyətdədir – Sakinlər şikayət edir, bələdiyyə sənədsiz evləri əsas gətirir Bu gün, 20:48 Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır Bu gün, 20:48 Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu Bu gün, 20:48 Amerikalı nazir: TRIPP layihəsi regionda iqtisadi və ticari əlaqələrin inkişafına töhfə verəcək Bu gün, 20:48 Belçikada hava nəqliyyatı dayanmaq üzrədir: Uçuşlara ciddi məhdudiyyət qoyulacaq Bu gün, 20:48 Almaniyada kilsədə dəm qazı sızdı: 19 nəfər zəhərləndi Bu gün, 19:48 Gəncədə 16 min azarkeşin izlədiyi "Kəpəz" – "Qarabağ" matçında qol vurulmadı Bu gün, 19:48 Trampdan miqrasiya ilə bağlı sərt açıqlama: "Açıq sərhədlər ölkələri məhv edir" Bu gün, 19:48 Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik" Bu gün, 19:48 Gəncədə "Kəpəz" – "Qarabağ" matçı başladı: Tribunalarda 16 minə yaxın azarkeş var Bu gün, 18:48 Sabah hava meteohəssas insanlara təsir edə bilər – XƏBƏRDARLIQ Bu gün, 18:48 Hörmüz boğazında gərginlik artır: Bir həftədə 25 tanker hücuma məruz qalıb Bu gün, 18:48 Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü Bu gün, 18:48 Qalibaf: ABŞ hərbi yolla məqsədinə çata bilməyəcəyini anlayıb Bu gün, 17:48 "Neftçi" "Araz-Naxçıvan"ı məğlub edərək Premyer Liqada liderliyə yüksəldi Bu gün, 17:48 15 yaşlı oğlan bacısını "TikTok"da canlı yayımlar açdığına görə bıçaqlayıb - Təfərrüat Bu gün, 17:48 Buz kimi soyuq suda çimmək ÖLÜMCÜL OLA BİLƏR – Həkimdən XƏBƏRDARLIQ Bu gün, 17:48 Qızıl, bank, yoxsa daşınmaz əmlak: Azərbaycanda pulu harada saxlamaq daha sərfəlidir? Bu gün, 17:48 Zelenski: Kiyevdə dron hücumundan sonra 14 nəfərdən xəbər yoxdur Bu gün, 16:48 Məşhur turizm bölgəsində güclü yanğın Bu gün, 16:48 Məhkəmədən BYD-yə qadağa: Bu modelinin Avropada satışı dayandırılır Bu gün, 15:48 Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir Bu gün, 15:48 Cəlilabadda avtomobil 70 yaşlı piyadanı vurub Bu gün, 15:48 Paytaxtda sürüşmə təhlükəsi böyüyür: İnsanlar evlərindən köçürülə bilərlər Bu gün, 14:48 Gəncədə iki avtomobil toqquşub, iki yeniyetmə xəsarət alıb Bu gün, 14:48 Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi Bu gün, 14:48 Xərçəngin ən qəddar növünə qarşı effektiv vasitə: Yeni texnologiya nə vəd edir? Bu gün, 13:48 Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib Bu gün, 13:48 Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib Bu gün, 13:48 Görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasından 104 il ötür Bu gün, 13:48 İki boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib Bu gün, 12:48 Azərbaycanın məşhur bəstəkarının bu gün 76 yaşı tamam olur Bu gün, 12:48 Azərbaycan vətəndaşları bu ərəb ölkəsinə vizasız gedə biləcək - RƏSMİ Bu gün, 12:48 Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib Bu gün, 12:48 Məşhur futbolçu finaldan sonra müsahibə zamanı huşunu itirib Bu gün, 12:48 Qazaxda iki nəfər bıçaqlandı, polis şübhəlini saxladı Bu gün, 12:48 Azərbaycanda 4-cü kurs tələbəsi VƏFAT ETDİ Bu gün, 11:48 Bakıda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər Bu gün, 11:48 Bəzi rayonlarda intensiv yağış, Şahdağda qar yağıb Bu gün, 11:48 Astarada qəza oldu, 5 kəndin qazın kəsildi Bu gün, 11:48 COP31-də yekun saziş üzrə yeni razılaşma layihəsi təqdim edildi Bu gün, 11:48 SEPAH Bəhreyndə ABŞ-yə məxsus iki hərbi bazanı hədəfə alıb Bu gün, 10:48 İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR