30-12-2025, 16:48 170

Bakıda taksi sürücüsü 80 qəpiyə görə Yeni ili həbsdə keçirəcək

Bakıda taksi sürücüsü ilə xanım müştərisi arasında insident baş verib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, G.Məmmədova (şərti) Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək taksi sürücüsünün onun evinə hücum etdiyini deyib.

Polis əməkdaşları dərhal hadisə yerinə yaxınlaşıblar və 1982-ci il təvəllüdlü sürücü E.Əkbərli (şərti) saxlanılıb.

O, Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə aparılıb, eləcə də sürücüdən şikayətçi olan qadın izahat verməsi üçün oraya dəvət edilib.

G.Məmmədova bildirib ki, mübahisə xırda pulunun olmamasına görə başlayıb. Sitat: "Metronun "Sahil" stansiyasından yaşadığım ünvana getmək üçün nağd ödəniş seçməklə taksi sifariş vermişdim. Üzərimdə xırda pul olmadığı üçün yaşadığım mənzilə gedib uşağın cibindən 2 manat götürdüm. Taksi proqramı 4 manat 70 qəpik yazmışdı, sürücüyə 5 manat verəcəkdim. Ancaq sürücünün kobud münasibətinə görə 4 manat 70 qəpiyi avtomobilin oturacağının üstünə qoydum. Amma o, taksini gözləməyə qoyduğunu, buna görə də 5 manat 50 qəpik ödəməli olduğumu dedi. Mən də yenidən pul götürmək üçün evə qalxdım. Bacım da həmin vaxt evdə idi. Daha sonra sürücü də binada yaşadığım mənzilə qalxıb, mənə "dələduz" deyərək pulunu verməyimi tələb etdi. O, mənzilin qapısını təpikləyərək zorla evə daxil olmağa çalışdı. Bu şəxsin islah edilməsini tələb edirəm".

Taksi sürücüsü isə qeyd edib ki, müştəri xırda pul gətirmək üçün gedib və iki saat geri qayıtmayıb.

Sitat: "Sertifikat əsasında taksi sürücüsü işləyirəm. Mən ona kartla ödəniş edə biləcəyini dedim, amma razılaşmadı. O gedib nağd pul gətirəcəyini dedikdə gözləmənin hər dəqiqəsinə görə bir qəpik xidmət haqqı yazıldığını dedim. İlk olaraq yarım saatdan çox gözlədim. Ödənişi gətirib verdikdə gözləməyə görə əlavə pul yazıldığını dedim. O yenə gedib gətirəcəyini dedi, amma geri qayıtmadı. İki saata yaxın gözlədim. Ona zəng edib ödənişi tələb etdim, əks halda polisə verəcəyimi dedim. Daha sonra həmin binada mənzilini tapıb qapıya yaxınlaşdım".

Polis tərəfindən taksi sürücüsü barəsində inzibati protokol tərtib edilərək, Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə ona 12 sutkalıq həbs verilib.

Beləliklə, sürücü Yeni ili həbsdə qarşılamalı olacaq.

Paylaş

Xəbər lenti

Mirzoyan: Rusiya Türkiyə və Azərbaycan istiqamətində dəmir yolunun bərpasının müzakirəsinə hazırdır Bu gün, 00:48 Şorgöz kimi tanınan kişi bürcləri Bu gün, 00:48 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib Dünən, 23:48 Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb Dünən, 23:48 Turizm şirkətindən şikayət etdi, rəhbər cavab verdi: "1200 manat böyük pul deyil" Dünən, 23:48 Azərbaycanda ən çox hansı serial izlənirdi? - "Mehriban düşmən" ilə başlayan serial eşqi... Dünən, 23:48 Qurban Qurbanov Kadi Borqesin qırmızı vərəqə almasına münasibət bildirdi Dünən, 23:48 "Neftçi" xorvatiyalı futbolçunu heyətinə qatdı Dünən, 22:48 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir Dünən, 22:48 Təzə bişmiş isti çörək kimlər üçün zərərlidir? - Həkimlər xəbərdarlıq edir Dünən, 22:48 Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı Dünən, 22:48 Trampın dəyişdirdiyi ad Kanadanın dövlət qurumlarının xəritələrində də yer alıb Dünən, 22:48 Rusiyada səfərbərliklə bağlı açıqlama Dünən, 21:48 Masazırda duz yığımı dayanıb? Dünən, 21:48 Məktəblər açılır, virus təhlükəsi artır: uşaqları necə qoruyaq? Dünən, 21:48 Ağdaşda faciə: Vətən müharibəsi iştirakçısı qatarın altında qalaraq öldü Dünən, 21:48 Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub Dünən, 21:48 İlham Əliyev Məsud Pezeşkianı "İstisu"ya qonaq edib Dünən, 20:48 İvanka Tramp Kosta-Rikada sörf edib Dünən, 20:48 Pezeşkian: "İran ABŞ ilə münaqişənin diplomatik yolla həllində qərarlıdır" Dünən, 20:48 Azərbaycanda avtomobillərin qiyməti 3-5 faiz BAHALAŞACAQ Dünən, 20:48 Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub Dünən, 20:48 İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər Dünən, 20:48 Əhaliyə XƏBƏRDARLIQ - Sabaha qədər... Dünən, 20:48 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var Dünən, 20:48 Bakı və Abşeron yarımadasında dolu yağacaq Dünən, 20:48 Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək Dünən, 19:48 İlham Əliyev: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır Dünən, 19:48 Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar Dünən, 19:48 Hikmət Hacıyev Azərbaycan nümayəndə heyətinin Dünya Köçəri Oyunlarındakı keçidindən görüntülər paylaşdı Dünən, 19:48 Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib Dünən, 19:48 Messi Argentina millisində karyerasını başa vurdu Dünən, 19:48 "8-ci km bazarı"ında qiymətlər necədir? Dünən, 19:48 İlham Əliyevin sosial media hesablarında Məsud Pezeşkianla görüşünə dair paylaşım edilib Dünən, 18:48 Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşib Dünən, 18:48 Antisanitar şəraitdə kvas istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb Dünən, 18:48 Azyaşlının psixoloq yanında döyülməsi iddiası araşdırılır Dünən, 18:48 İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edir Dünən, 18:48 Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub Dünən, 18:48 Azərbaycan, Türkiyə, Özbəkistan və İran prezidentləri Bişkekdə bir araya gəliblər Dünən, 18:48 Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu Dünən, 18:48 Ruzbeh Məmməd vəzifəsindən ayrıldı Dünən, 17:48 AFFA-nın əməkdaşı UEFA Stadion İnspektoru vəzifəsinə təyin olunub Dünən, 17:48 Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub Dünən, 17:48 DİQQƏT - Hövsanda su kəsiləcək Dünən, 17:48 Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib Dünən, 17:48 Sürücülərin NƏZƏRİNƏ: Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq Dünən, 17:48 Bakı-Sumqayıt yolundakı tıxaclar havanın çirklənməsinə necə təsir edir? Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR