
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, qəza şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 2006-cı il təvəllüdlü Ə.Nəcəfov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.