
2027-2030-cu illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası xərclərinin 13,3 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilib.
Sənədə əsasən, bu xərclər dövlət büdcəsinin əsaslı xərclərinin təxminən 24,3 %-ni təşkil edəcək.
Xatırladaq ki, 2021-2025-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 22 milyard manat xərclənib. 2026-ci ildə isə bu istiqamətdə 3,5 milyard manat vəsait ayrılması nəzərdə tutulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.