
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində bütün ölkə miqyasında ictimai məlumatlılığı artırmaq üçün Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı keçiriləcək.
Bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, festival 30 apreldə Qubada başlayacaq. Daha sonra 2 mayda Lənkəranda, 4 mayda Qəbələdə, 5 mayda Şəkidə, 6 mayda Mingəçevirdə, 8 mayda Gəncədə, 10 mayda Xankəndidə, 12 mayda Sumqayıtda davam edəcək və 13 mayda Bakıda yekunlaşacaq.
Festival proqramı iki hissədən ibarət olacaq. Günün birinci yarısında ev sahibi olan şəhərlərdə WUF13 üzrə info-sessiyalar təşkil ediləcək. Günün ikinci yarısında açıq havada kütləvi proqramlar baş tutacaq.
As part of preparations for the Thirteenth Session of the World Urban Forum (WUF13), the WUF13 Festival will be held in various cities of Azerbaijan to raise public awareness across the country.
— WUF13Azerbaijan (@WUF13Azerbaijan) April 27, 2026
The Festival will begin in Guba on 30 April. It will then continue in Lankaran on 2… pic.twitter.com/fD16nv3s2i
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.