
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionununda işçinin meyiti tapılıb.
AVESTA.AZ-in məlumatına görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Stadionda Cəmil Allahverdi oğlu Hətəmxanovun meyiti aşkarlanıb.
Məsələ ilə əlaqədar "Sumqayıt" Futbol Klubunun mətbuat katibi Zaur Xudiyev AVESTA.AZ-in sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxsin klubla heç bir əlaqəsi yoxdur və o, stadionda fəaliyyət göstərən cüdo zalının əməkdaşı olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.