
"Hər kəs üçün imkanlar" sosial layihəsi çərçivəsində təcrübə proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.
AVESTA.AZ xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
"Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə iştirakçıların sosial inklüzivlik, yaradıcı və peşəkar bacarıqların inkişafı, eləcə də şəhərsalma və inklüziv mühit mövzuları üzrə praktiki təcrübəsi vurğulanıb", - məlumatda bildirilib.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.
Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.