
Rusiyalı alim Hantavirusun COVİD-19 qədər təhlükəli olmadığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə rusiyalı həkim Valery Litvinov "Ria Novosti"yə danışıb.
O bildirib ki, koronavirus insandan insana çox sürətlə və minimal təmas zamanı yayıldığı halda, Hantavirus üçün bu xüsusiyyət xarakterik deyil.
Mütəxəssisin sözlərinə görə, Hantavirus təbii ocaq infeksiyası sayılır və əsasən gəmiricilərlə əlaqəlidir. Virusun əsas daşıyıcıları siçan və siçovullardır. Onlar xəstəliyi simptomsuz keçirirlər.
Virusoloq qeyd edib ki, Hantavirusun bəzi növləri gəmiricilər üçün ölümcül olsa da, insanlarda xəstəlik adətən ağır keçmir.
Qeyd edək ki, mayın 10-da İspaniya sahillərində Hantavirus yayılması səbəbindən MV Hondius kruiz gəmisinin sərnişinlərinin təxliyəsinə başlanılıb. İlk mərhələdə 14 İspaniya vətəndaşı Madriddəki xəstəxanalara yerləşdirilib.
Krallığın Səhiyyə Nazirliyi onların arasında simptom müşahidə olunmadığını açıqlasa da, daha əvvəl gəmidə yoluxma halları qeydə alınmışdı. Məlumata görə, üç nəfərin həyatını xilas etmək mümkün olmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.