29-07-2026, 16:48 14

2026-cı ilin ilk yarısında

"Azercell Telekom" MMC-nin dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" uşaqların müdafiəsi və rifahının təmin olunması istiqamətində işini davam etdirir.

Cari ilin ilk altı ayı ərzində qaynar xəttə ümumilikdə 3751 müraciət daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə müraciət sayında nəzərəçarpacaq artım müşahidə olunur.

Statistikaya əsasən, müraciətlərin böyük hissəsi (1245 müraciət) psixoloji dəstəyə ehtiyacla bağlı olub. Zorakılıq halları üzrə 819 müraciət məişət zorakılığı, psixoloji, fiziki, cinsi, iqtisadi və sosial zorakılıq, etinasızlıq, həmçinin bullinq və kiberzorakılığı əhatə edib.

Eyni zamanda, hüquqi yardıma ehtiyacla bağlı 386, təhsil üzrə 179, səhiyyə ilə bağlı 70 müraciət qeydə alınıb.

Sosial məsələlərlə bağlı daxil olan 360 müraciət sığınacaqla təmin olunma, intihar düşüncələri və intihara cəhd halları, eləcə də uşaqların istismarı və onların həssas vəziyyətindən sui-istifadə ilə əlaqədar olub. Digər 692 müraciət isə müxtəlif mövzular üzrə ümumi suallar və məlumat sorğularını əhatə edib.

Müraciətlərin 1895-i qadın, 1020-si kişi tərəfindən, 836-sı isə anonim şəkildə edilib. Yaş bölgüsü üzrə isə müraciətlərin 2445-i 15–18 yaş, 1009-u 11–14 yaş, 297-si isə 10 yaşadək uşaqlarla bağlı olub.

Xidmət çərçivəsində müraciət edən şəxslərə psixoloji dəstək, hüquqi məsləhət və sosial istiqamətdə yönləndirmə xidmətləri göstərilib.

Qeyd edək ki, "Uşaq Qaynar Xətti"nin fəaliyyəti yalnız müraciətlərin cavablandırılması ilə məhdudlaşmır. Xidmət eyni zamanda uşaqlar, valideynlər və cəmiyyət arasında məlumatlılığın artırılması, təhlükəsiz mühitin təşviqi və erkən müdaxilə mexanizmlərinin gücləndirilməsi istiqamətində də fəaliyyətini davam etdirir.

Xidmətin əsas məqsədi çətin vəziyyətə düşmüş uşaqlara dəstək göstərmək, onların hüquqlarının qorunmasına töhfə verməkdir. Məxfiliyin qorunması xidmətin əsas prinsiplərindən biridir və daxil olan məlumatlar yalnız zəruri hallarda, müraciət edənin razılığı ilə aidiyyəti qurumlara ötürülür.

Hazırda 116111 qısa nömrəsi, mobil nömrələr (+994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80), elektron poçt (ushaqqaynarxetti@gmail.com), rəsmi internet səhifəsi, Facebook və Instagram sosial şəbəkə profilləri (@usaqqaynarxetti), "Uşaq Qaynar Xətti" mobil tətbiqi vasitəsilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" "Azercell Telekom" MMC, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR