2-02-2023, 10:40 611

DİM-də dövlət qulluğunun inkişafına dair müzakirələr keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) dövlət orqanlarının kadr qurumlarının dövlət qulluğu sahəsində həyata keçirilən institusional islahatlarda fəal iştirakının təmin edilməsi, dövlət orqanları ilə Mərkəz arasında əməkdaşlığın və təcrübə mübadiləsinin artırılması, habelə Fəaliyyət Planında müəyyən edilmiş tədbirlərin icra vəziyyətinin, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi zamanı yaranan çətinliklər və onların həlli yollarının müzakirə edilməsi məqsədilə tədbir təşkil edilib.

“AVESTA.AZ”un xəbərinə görə, tədbirdə 35 dövlət orqanından 40-dan çox nümayəndə, beynəlxalq ekspertlər və Mərkəzin dövlət qulluğu sahəsində fəaliyyət göstərən struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatlar və tətbiq edilən yeniliklər, dövlət qulluğunun inkişaf istiqamətləri və prinsipləri, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı çərçivəsində həyata keçirilmiş tədbirlər, habelə Strategiyanın 2023-2025-ci illər üzrə Fəaliyyət Planının icra vəziyyəti barədə iştirakçılara məlumat verib.

Daha sonra DİM-in əməkdaşları və beynəlxalq ekspertlər tərəfindən dövlət qulluğu sahəsində aşağıdakı mövzularda təqdimatlar edilib:

• “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsi barədə məlumat;
• “Dövlət qulluğunda səriştə modeli və səriştələrin təsviri”;
• “Dövlət qulluğunda vəzifə profilləri”;
• “Dövlət qulluğu sahəsində təlimlər”;
• “Dövlət qulluğu qanunvericiliyinin tətbiqinə dair hesabat”.

Tədbirdə dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi, dövlət qulluğunda səriştə modeli, dövlət qulluğu vəzifələrinin qruplaşdırılması və vəzifə profillərinin hazırlanması, dövlət qulluqçuları üçün təlimlərin təşkili ilə bağlı müzakirələr edilib, eyni zamanda dövlət orqanı nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı” təsdiq edilmiş və Mərkəzə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin əlaqələndirilməsi tapşırılıb.

Fəaliyyət Planında dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi, institusional islahatların həyata keçirilməsi, dövlət qulluğunun informasiya təminatı və elektron dövlət qulluğunun inkişaf etdirilməsi, dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi və digər vacib sahələr üzrə tədbirlər müəyyən edilib.

Paylaş

Xəbər lenti

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Bu gün, 19:48 Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi Bu gün, 19:48 Avtomobil akkumulyatorunu nə vaxt dəyişmək lazımdır? Bu gün, 19:48 Bakıda ev tapmaq müşkülə çevrildi: Əl yandıran QİYMƏTLƏR Bu gün, 19:48 Görmə məhdudiyyətli Sevincin böyük arzusu: Xalq artisti olmaq! Bu gün, 19:48 Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq Bu gün, 18:48 Bakı Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb Bu gün, 18:48 DİN əməliyyat keçirdi - Saxlanılanlar var Bu gün, 18:48 Bakıdakı körpələr evində istilik problemi: "Qaz sayğacını söküb aparıblar" Bu gün, 18:48 Yolun təmiri niyə bəzən uzun çəkir? Bu gün, 18:48 Quba sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,7 milyon manat AYRILDI Bu gün, 18:48 Azərbaycan və Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə edib Bu gün, 18:48 XƏBƏRDARLIQ - Sabah güclü külək əsəcək Bu gün, 17:48 Birbank-ın "Böl-ödə" krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün Bu gün, 17:48 Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi Bu gün, 17:48 Rusiyaya məxsus təyyarə partlayıcı qurğu barədə siqnaldan sonra Antalyada eniş edib Bu gün, 17:48 Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri müəyyənləşib Bu gün, 17:48 Almaniyanın xarici işlər naziri Azərbaycandakı dini konfessiyaların nümayəndələri ilə görüşüb Bu gün, 17:48 Paşinyan: TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılması fikri ilə razıyam Bu gün, 17:48 Əli Əsədov Mariam Kvrivişvili ilə görüşüb Bu gün, 17:48 Azərbaycanda artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirilib Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında daha bir müəssisə kağız istehsal edəcək Bu gün, 16:48 Yaşı 100-ü keçən hər kəs bu sayədə uzunömürlü imiş... - Həkim açıqlayıb Bu gün, 16:48 "PlayStation 5" udmaq istəyirdi, amma "Changan Q07" qazandı - "Sürətlə Yeni Mövsümə" lotereyasının qalibi danışdı Bu gün, 16:48 Rusiyadan Türkiyəyə uçan sərnişin təyyarəsində bomba həyəcanı Bu gün, 16:48 Baku TV-nin Rus redaksiyasının 5 yaşı tamam olur Bu gün, 16:48 Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun işçilərinin sayı müəyyənləşib Bu gün, 16:48 Trampın Putinlə görüşündə diqqətçəkən an: Bir sual, bir jest Bu gün, 16:48 Arda Gülər "Real Madrid"lə müqaviləsini 2032-ci ilə qədər uzatdı Bu gün, 15:49 Bakıdan sonra bu şəhərlərdə də binalar sökülə bilər - Kompensasiya MƏBLƏĞLƏRİ Bu gün, 15:49 Leyla Əliyeva "Yaradıcılıqla üz-üzə" adlı konsertdən paylaşım edib Bu gün, 15:48 Bir milyon manat ayrıldı, cəmi səkkiz mini xərcləndi - Hesablama Palatası Bu gün, 15:48 "Çocuklar Duymasın"ın aktrisası evini 85 milyona satdı Bu gün, 15:48 Aydın Balayevin "Azərbaycan türkləri" kitabı Azərbaycan dilində işıq üzü görüb Bu gün, 15:48 Azərbaycan Prezidenti Oman sultanını milli bayram münasibətilə təbrik edib Bu gün, 15:48 İlham Əliyev Latviya Prezidentini təbrik edib Bu gün, 15:48 Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub Bu gün, 15:48 Azərbaycan Avropaya "yaşıl enerji" satacaq: 4 ölkə arasında TARİXİ SAZİŞ Bu gün, 15:48 Zəngli saatı 5 dəqiqə təxirə salmaq ziyan imiş - Həkimdən XƏBƏRDARLIQ Bu gün, 14:48 "Alkhara" brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada Bu gün, 14:48 Nazir: "İşdən azad edilənlərin çoxu ibtidai sinif müəllimidir" Bu gün, 14:48 Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib Bu gün, 14:48 23 yaşlı Gülarənin qətlinin səbəbi bilindi Bu gün, 14:48 Azərbaycanlı aparıcıya vəzifə verildi Bu gün, 14:48 Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO Bu gün, 14:48 XİN başçıları Azərbaycan-Almaniya münasibətlərini müzakirə ediblər Bu gün, 14:48 Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib Bu gün, 14:48 Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Salah kəndinin tarixi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR