
Lənkəranda iki yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb.
Avesta.az xəbər verir ki, hadisə şəhərin Qala Xiyabanı küçəsinə beşmərtəbəli binada baş verib.
İki yaşlı Əlixan Şəhriyar oğlu Bağırov nəzarətdən kənar qaldığından 4-cü mərtəbənin pəncərəsindən yıxılıb.
Ağır xəsarətlər alan azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini kritik-ağır kimi qiymətləndirirlər.
Uşağın Bakıdakı xəstəxanalardan birinə köçürülməsi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.