
Çinin cənub-qərbindəki Siçuan əyalətində torpaq sürüşməsi nəticəsində 7 nəfər itkin düşüb.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.
Vençuan mahalında güclü yağışlardan sonra baş verən sürüşmənin törətdiyi fəsadlarının aradan qaldırılması üçün 400-dən çox insan səfərbər edilib.
Hadisə ilə əlaqədar xilasedicilər təbii fəlakət zonasında olan 900-dən çox sakini təxliyə edib.
Hazırda itkin düşənlərin axtarışları davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.