23-06-2022, 15:05 1179

Agentlik şəhid ailəsinə 1 otaqlı mənzil verdi - Atası İMTİNA ETDİ

Sumqayıt şəhərində yaşayan şəhid atası Əziz Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayət edib.

Avesta.az xəbər verir ki, şəhid atası bildirib ki, ailəsi əvvəllər 4 nəfərdən ibarət idi. Böyük oğlu Əliyev Emil Əziz oğlu 6 oktyabr 2020-ci il tarixində Vətən müharibəsində şəhid olub.

Hazırda 17 kvadratmetr sahəsi olan 1 otaqlı mənzildə yaşayan ailə başçısı kömək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib.

Şəhid atası bildirib ki, onların müraciətinə nazir müavini Hidayət Abdullayev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov baxıb:

“Biz Hidayət Abdullayevlə videoformatda danışdıq və 1 otaqlı mənzildə subay oğlumla birgə yaşadığımızı çatdırdım. Hidayət Abdullayev Zaur İbrahimova göstəriş verdi ki, şəhid ailəsini 2 otaqlı mənzillə təmin edin. Biz 2 ay gözlədik evdən bir xəbər gəlməyincə təkrar müraciət etdik və cavabında “sizə 2 otaq deyil, 1 otaqlı mənzil veririk” dedilər. Səbəb kimi bizə 1 otaqlı evimizin olduğunu dedilər. Biz isə Hidayət Abdullayevin 2 otaqlı mənzil barədə  göstəriş verdiyini xatırlatdır. Qeyd edim ki, əksər şəhid ailələrini 2 otaqlı və ya 3 otaqlı mənzillə təmin ediblər”.

Şəhid atası bildirib ki, haqları pozulduğuna görə, Prezident Administrasiyasına teleqram vurublar.

“Prezident Administrasiyasından bizimlə əlaqə saxladılar. Problemimizi əməkdaşlara bildirdik, bizə dedilər ki, “Administrasiyadan göstəriş verəcəyik ki, probleminiz həll olunsun”".

Əziz Əliyevin sözlərinə görə, artıq 1 ildir nazirliyin Sosial Xidmətlər Agentliyi problemi həll etmir, göstərişləri qulaqardına vurur.

Məsələylə bağlı açıqlama verən açıqlama verən Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov isə bildirib ki, Vətən müharibəsindən sonra 3500-dən çox şəhid ailəsi və müharibə əlilinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil təqdim edilib. Proses davam etməkdədir. Bu ilin sonunadək daha 1000 ailəyə mənzil və ya fərdi ev veriləcək.

Agentlik rəsmisi şikayətçi şəhid atasının narazılığını belə cavablandırıb:

“Vətən Müharibəsi şəhidi Emil Əliyevin atası Əziz Məcid oğlu Əliyev də Sumqayıt Şəhər İcra Hakimiyyətinin 04.06.2021-ci il tarixli sərəncamı ilə ailə tərkibi 3 nəfər (özü, həyat yoldaşı və oğlu) olmaqla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb. Təqdim olunan sənədlərə Sosial Xidmətlər Agentliyində baxılıb və məlum olub ki, Əliyev Əziz Məcid oğlu ailə tərkibi ilə mülkiyyətində olan Sumqayıt şəhərində yerləşən 1 otaqlı mənzildə qeydiyyatdadırlar. Uçota alınmış ailənin tərkibi nəzərə alınmaqla qanunverciliyə uyğun olaraq Sumqayıt şəhərində 1 otaqlı mənzillə təmin edilməsi təklif edilib. Təəssüf ki, ailə bu təklifdən imtina edib”.

M.Həşimovun sözlərinə görə, şəhidin atasının razılığı olduğu təqdirdə ailə növbəliliklə 1 otaqlı mənzillə təmin ediləcək.

Şəhid Emil Əliyev 1993-cü il avqustun 1-i Sumqayıt şəhərində anadan olub. 2000–2011-ci illərdə Sumqayıt şəhərində yerləşən Tofiq İsmayılov adına 29 saylı tam orta məktəbində təhsil alıb. Həmin ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Energetika fakültəsinə daxil oluv. 2015-ci ildə isə həmin universiteti bitirib, müddətli hərbi xidmətə yollanıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və böyük şücaət göstərib. Hərbi xidməti bitirdikdən sonra 2016–2017-ci illərdə Sumqayıt şəhərində işləyib.

2020-ci il sentyabrın 21-də könüllü olaraq Vətən müharibəsinə yollanıb. Müxtəlif istiqamətlərdə döyüşlərə qatılan Emil Əliyev 6 oktyabr 2020-ci il tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.

Emil Əliyev Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

Paylaş

Xəbər lenti

Bakının bu ərazisində su təchizatında fasilə yaranıb – SƏBƏBİ AÇIQLANDI Bu gün, 20:48 Altı vəkil kollegiyadan çıxarılıb, 27-si cərimələnib - Rəsmi Bu gün, 20:48 Aprelin 1-dən nələr dəyişir? - Maaş və müavinətlərlə bağlı YENİ XƏBƏR Bu gün, 20:48 Ceyhun Bayramov: "Azərbaycan-Türkiyə əlaqələri bənzərsizdir" - "Haber Global"ın süjeti Bu gün, 20:48 "Tasnim": Pezeşkianla vitse-prezident arasında fikir ayrılığı yoxdur Bu gün, 20:48 Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Bu gün, 19:48 Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi Bu gün, 19:48 Avtomobil akkumulyatorunu nə vaxt dəyişmək lazımdır? Bu gün, 19:48 Bakıda ev tapmaq müşkülə çevrildi: Əl yandıran QİYMƏTLƏR Bu gün, 19:48 Görmə məhdudiyyətli Sevincin böyük arzusu: Xalq artisti olmaq! Bu gün, 19:48 Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq Bu gün, 18:48 Bakı Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb Bu gün, 18:48 DİN əməliyyat keçirdi - Saxlanılanlar var Bu gün, 18:48 Bakıdakı körpələr evində istilik problemi: "Qaz sayğacını söküb aparıblar" Bu gün, 18:48 Yolun təmiri niyə bəzən uzun çəkir? Bu gün, 18:48 Quba sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,7 milyon manat AYRILDI Bu gün, 18:48 Azərbaycan və Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə edib Bu gün, 18:48 XƏBƏRDARLIQ - Sabah güclü külək əsəcək Bu gün, 17:48 Birbank-ın "Böl-ödə" krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün Bu gün, 17:48 Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi Bu gün, 17:48 Rusiyaya məxsus təyyarə partlayıcı qurğu barədə siqnaldan sonra Antalyada eniş edib Bu gün, 17:48 Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri müəyyənləşib Bu gün, 17:48 Almaniyanın xarici işlər naziri Azərbaycandakı dini konfessiyaların nümayəndələri ilə görüşüb Bu gün, 17:48 Paşinyan: TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılması fikri ilə razıyam Bu gün, 17:48 Əli Əsədov Mariam Kvrivişvili ilə görüşüb Bu gün, 17:48 Azərbaycanda artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirilib Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında daha bir müəssisə kağız istehsal edəcək Bu gün, 16:48 Yaşı 100-ü keçən hər kəs bu sayədə uzunömürlü imiş... - Həkim açıqlayıb Bu gün, 16:48 "PlayStation 5" udmaq istəyirdi, amma "Changan Q07" qazandı - "Sürətlə Yeni Mövsümə" lotereyasının qalibi danışdı Bu gün, 16:48 Rusiyadan Türkiyəyə uçan sərnişin təyyarəsində bomba həyəcanı Bu gün, 16:48 Baku TV-nin Rus redaksiyasının 5 yaşı tamam olur Bu gün, 16:48 Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun işçilərinin sayı müəyyənləşib Bu gün, 16:48 Trampın Putinlə görüşündə diqqətçəkən an: Bir sual, bir jest Bu gün, 16:48 Arda Gülər "Real Madrid"lə müqaviləsini 2032-ci ilə qədər uzatdı Bu gün, 15:49 Bakıdan sonra bu şəhərlərdə də binalar sökülə bilər - Kompensasiya MƏBLƏĞLƏRİ Bu gün, 15:49 Leyla Əliyeva "Yaradıcılıqla üz-üzə" adlı konsertdən paylaşım edib Bu gün, 15:48 Bir milyon manat ayrıldı, cəmi səkkiz mini xərcləndi - Hesablama Palatası Bu gün, 15:48 "Çocuklar Duymasın"ın aktrisası evini 85 milyona satdı Bu gün, 15:48 Aydın Balayevin "Azərbaycan türkləri" kitabı Azərbaycan dilində işıq üzü görüb Bu gün, 15:48 Azərbaycan Prezidenti Oman sultanını milli bayram münasibətilə təbrik edib Bu gün, 15:48 İlham Əliyev Latviya Prezidentini təbrik edib Bu gün, 15:48 Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub Bu gün, 15:48 Azərbaycan Avropaya "yaşıl enerji" satacaq: 4 ölkə arasında TARİXİ SAZİŞ Bu gün, 15:48 Zəngli saatı 5 dəqiqə təxirə salmaq ziyan imiş - Həkimdən XƏBƏRDARLIQ Bu gün, 14:48 "Alkhara" brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada Bu gün, 14:48 Nazir: "İşdən azad edilənlərin çoxu ibtidai sinif müəllimidir" Bu gün, 14:48 Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib Bu gün, 14:48 23 yaşlı Gülarənin qətlinin səbəbi bilindi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR