
Türkiyənin "Fənərbağça" klubu bu gün UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək.
"AVESTA.AZ"un məlumatına görə, İstanbul təmsilçisi II təsnifat mərhələsinin cavab matçında Moldovada "Zimbru"nun qonağı olacaq.
Kişineuda "Zimbru" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Qeyd edək ki, "Fənərbağça" Türkiyəki ilk matçda rəqibini darmadağın edib - 5:0.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
1 avqust
21:30. "Zimbru" (Moldova) - "Fənərbağça" (Türkiyə)
İlk oyun 0:5
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.