
Bakının Nizami rayonunda iki qardaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“AVESTA.AZ”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Məmmədov Ramin İlqar oğlu və 1997-ci il təvəllüdlü İsmayıl İlqar oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Müayinə zamanı hər iki qardaşa qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.