
Bu il Azərbaycanda 717 nəfər İİV-ə yoluxub.
Respublika QİÇS-lə Mübarizə Mərkəzindən "AVESTA.AZ"a verilən məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.
"Ötən 9 ay ərzində İİV-ə 717 nəfər yoluxub. Onlardan 691 nəfəri Azərbaycan vətəndaşları, 26 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 59 nəfəri (8 %-i) İnyekson Narkotik İstifadəçiləri olub", - məlumatda qeyd edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.