13-10-2023, 15:52 780

Bu il Azərbaycanda 6 tondan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Bu ilin yanvar-sentyabr ayları ərzində hüquq mühafizə orqanları narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8 320 cinayət faktı aşkarlayıb.

"Report" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

Qeyd olunub ki, onlardan 2 855-i narkotik vasitələrin qanunsuz satışı, 5151-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 284-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiyaedilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 207 kq 543,024 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 840 kq 546,704 qr-nı heroin, 3 ton 566 kq 504,126 qr-nı marixuana, 248 kq 031,811 qr-nı tiryək, 51 kq 583,994 qr-nı həşiş, 750,831 qr-nı kokain, 363 kq 138,333 qr-nı psixotrop maddələr,136 kq 987,225 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 48321 ədəd həb metadon,15102 ədəd çətənə bitkisi, eləcə də 3 kq 197,368 qr, 7703 ədəd kapsul,3308 ədəd həb və 12,95 qr güclü təsir edən maddə və 40,682 qr prekursor qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 416,494 hektar sahədən çəkisi 299 ton 377kq 290,98 qr olan 932 781 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Bu ilin yanvar-sentyabr ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 6 ton 207 kq 543,024 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 252 milyon 353 min manat kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6483 nəfər cəlb edilmiş və həmin şəxslərdən 6329-u kişi, 154-ü qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 64 nəfəri xarici ölkə vətəndaşlarıdır.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 216 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 727 kq 407,771 qr və 6150 ədəd həb metadon müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, 89655 ədəd həb, 7 631 kapsul və 1 kq 517qr güclü təsir edən maddə, 40,682 qr prekursor çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 241-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi1 ton 903 kq 063,36 qr və 680 ədəd metadon narkotik vasitə və psixotrop maddə 170,3 güclü təsir edən maddə müsadirə edilmişdir.

2453 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 265 kq 943,86 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

Təhlil göstərir ki, 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 374, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 86, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 135, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 103, digər növ cinayət faktların sayı 50 , qrup halında olan cinayətlərin sayı isə 51 fakt azalmışdır. Qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 6 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 234 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton 380 kq 010,249 qr artıb.

Səhiyyə Nazirliyinin məlumatına əsasənhesabat dövründə Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 66 711 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1884 nəfərdən 1054-nün istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 9 ay ərzində İİV-ə 717 nəfər yoluxub. Onlardan 691 nəfəri Azərbaycan vətəndaşları, 26 nəfəri isə əcnəbilər olmuşdur. Azərbaycan vətəndaşları arasında 59 nəfəri (8 %-i) İnyekson Narkotik İstifadəçiləri olub.

Paylaş

Xəbər lenti

Prezidentin xüsusi nümayəndəsi Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib Bu gün, 14:48 İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - SİYAHI Bu gün, 14:48 Prezident futbolçu İsgəndər Cavadovu fəxri diplomla təltif edib Bu gün, 14:48 "Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir Bu gün, 14:48 Azərbaycanın U-21 millisinin heyəti açıqlanıb, siyahıda Nəriman Axundzadə də yer alıb Bu gün, 14:48 Alim Qasımovla Üzeyir Mehdizadə duet oxudu Bu gün, 14:48 Həkimlər üçün yeni sertifikasiya qaydası: İmtahan verməyənlər nə qədər bal toplamalıdırlar? Bu gün, 14:48 Azərbaycan fındıqdan sərvət qazandı - İnanılmaz rəqəmlər Bu gün, 13:48 "Haber Global": "15-18 min nəfərlik hərbi qrup 24 saatdan az müddətdə təslim olmağa məcbur edildi" Bu gün, 13:48 Səbinə Əliyeva: Erməni əsilli məhbusların hüquqlarının pozulması ilə bağlı xəbərlər qərəzli siyasi məqsəd daşıyır Bu gün, 13:48 Prezidentin köməkçisi Pəncəli Teymurovun ailəsinin toy məclisinə qatıldı - Qol qaldırıb oynadı Bu gün, 13:48 AKTA regionlarda əhalinin kibertəhlükəsizlik üzrə hazırlığını qiymətləndirib Bu gün, 13:48 "Bəy Mamed" hasarladığı həyəti istirahət parkına çevirir Bu gün, 13:48 Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb Bu gün, 12:48 Elxan Şahinoğlu: "İşğaldan azad olunmuş ərazilərdəki bərpa işlərinə hər il milyardlarla manat vəsait ayrılır" Bu gün, 12:48 Əllərin keyiməsi və üşüməsi nəyin əlamətidir? - Bu səhvləri etməyin Bu gün, 12:48 Göyçə gölünün üzərində tornado - ANBAAN VİDEO Bu gün, 12:48 Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilib Bu gün, 12:48 Xankəndi bayrama hazırlaşır Bu gün, 12:48 Şimşək çaxıb, dolu düşəcək - Bazar gününün havası Bu gün, 12:48 Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı Bu gün, 11:48 Vətən yolunda əbədiləşən ömür Bu gün, 11:48 Elşad Namazovdan gözlənilməz ayrılıq: Vəzifəsindən getdi Bu gün, 11:48 Yamal finaldakı qələbə qolunda öz payını açıqlayıb Bu gün, 11:48 Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır Bu gün, 11:48 DİQQƏT! - Bakıda 5 avtobusun yolu dəyişdirildi Bu gün, 11:48 Pakistanın Kohat şəhərində terror: ölənlərin sayı 31-ə çatdı Bu gün, 10:48 Zahid Oruc: "Prezident İlham Əliyevin müharibə liderliyi həmişə öyrəniləcək" Bu gün, 10:48 DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım edib Bu gün, 10:48 Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir Bu gün, 10:48 Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu - 17 yaşlı oğlu saxlanıldı Bu gün, 10:48 Məşhur türkiyəli atıcı Yusuf Dikeç yeni işə başlayıb Bu gün, 10:48 Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb Bu gün, 09:48 Misli Premyer Liqası: "Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə qarşı Bu gün, 09:48 Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib Bu gün, 09:48 Qaxda ağır qəza: Yaralılar var Bu gün, 09:48 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Çexiya və İngiltərə ilə üz-üzə gələcək Bu gün, 09:48 Azərbaycanda daha 90 məktəbdə təmayül tədris modeli tətbiq olunacaq Bu gün, 00:48 "Atanın, ananın, qardaşların hökmü ilə yaşayırdıq" - Keçmiş Bakıdan xatirələr Bu gün, 00:48 Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür Bu gün, 00:48 SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib Dünən, 23:48 Yardımlıda yanğın: Alovlar iki hektar ərazini bürüdü Dünən, 23:48 Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı Dünən, 23:48 Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür Dünən, 23:48 Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır Dünən, 23:48 Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar Dünən, 23:48 Qəza baş verdi, avtomobildə sıxılı vəziyyətdə qaldı Dünən, 22:48 Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR