
Yevlax rayonunun Tanrıqullar kəndində baş verən ağır yol qəzasında dörd nəfər xəsarət alıb.
“AVESTA.AZ”un Qərb bürosunun məlumatına görə, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində iki minik avtomobil toqquşub.
Qəzada 1982-ci il təvəllüdlü V. Hüseynov, 1987-ci il təvəllüdlü T. Əliyev, 1987-ci il təvəllüdlü R. Şaqavatov və həmçinin onun həyat yoldaşı xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.