6-12-2023, 19:23 823

Hipermarketə silahlı hücumda təqsirləndirilən şəxs:

Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Səbuhi Qurbanov dindirilib. O, iş üzrə özünü təqsirli bilmədiyini, təqsirləndirilən şəxs Dəyanətlə həm dost, həm də sinif yoldaşı olduğunu bildirib:

"Ruhlan mənə dedi ki, məni boş ərazi olan yerə apar, çünki silahımın güllələri qalıb, onu boşaltmaq istəyirəm. Motosiklet icarəyə götürmüşdüm. O, mənə silahının fotosunu göstərdi, tapança idi. Suraxanıda Tatar qəbiristanlığı adlı əraziyə apardım. Sözün düzü, onda silahın olduğunu görüb qorxdum. Onun hərəkətində hər hansı bir hədələmə yox idi. Sadəcə adam vurduğunu dedi və qorxdum ki, məni də vurar. Digər təqsirləndirilən Azər Məmmədovla görüşməmişəm. Daha sonra Dəyanət mənim telefonumla taksi sifariş edib getdi".

Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq dövründə verdiyi ifadə arasında ziddiyyətlər olduğu üçün onun ifadəsi yenidən elan edilib.

Səbuhi Qurbanov istintaq zamanı verdiyi ifadəsində elan edilmiş ittiham üzrə özünü təqsirli hesab edərək bildirib ki, təqsirləndirlilən şəxs Dəyanətin dostu Ruhlan İsmayılovu 3-4 ildir tanıyıb: "Ruhlan Dəyanət ilə eyni liseydə "traktorçu" fakültəsini bitirib və təhsilini başa vurandan sonra Qala kəndində traktorçu işləməyə başlayıblar. Lakin 2023-cü ilin yanvar ayının 20-də əsgərlikdən geri qayıdanda artıq Ruhlan traktorçu işləmədi, özünə məxsus boz rəngli "Opel Vectra" markalı avtomobili alıb, adını bilmədiyi şəxslə birlikdə haradasa motosiklet təmir sexi işlədib. Bunları mən də Dəyanətdən eşitmişəm. Ruhlanın istifadəsində olan mobil nömrəni bilməmişəm, telefon əlaqələrimiz də heç vaxt olmayıb. Əsgərlikdən qayıdandan sonra Dəyanət ilə yaxın münasibətə davam etmişəm. Təxminən fevral ayının ortalarında Əmircan qəsəbəsində yerləşən dönər evində günəmuzd 25 manat pul müqabilində kuryer kimi işə başlamışam. Gündəlik olaraq Dəyanətlə əlaqə saxlayıb daha çox Binə qəsəbəsində yerləşən "Çay evi 900" adlı çayxanada görüşmüşük".

Təqsirləndirilən şəxs deyib ki, fevral ayının əvvəllərində Ruhlan İsmayılov da onlarla görüşməyə gəlib: "Ruhlan da inkassator əməkdaşlarına silahlı basqın etməyi, "Unibank Kommersiya Bankı"na məxsus bankomatda pul götürəcəklərini planlaşdırdıqlarını dedi. Mənə birlikdə cinayəti törətməyi təklif etdi. Bundan sonra məni razı salmaq üçün Dəyanət əldə olunacaq qəniməti 3 yerə böləcəklərini bildirdi. Lakin qorxduğuma görə tərəddüd etdim".

Təqsirləndirilən şəxs deyib ki, mühafizəçiləri öldürməyi təklif etdikləri üçün qorxaraq razılaşmayıb: "Sonrakı günlərdə Dəyanət məni "whatsapp" proqramında hər dəfə yazaraq Ruhlan ilə birlikdə hipermarketlərdən birinə getdiklərini, inkassatorları izlədiklərini, lakin cinayətin baş tutmadığını dedi".

Səbuhi Qurbanovun ifadəsinə görə, hadisə günü saat 10 radələrində Dəyanət ona "vvhatsapp" proqramında "Əhmədliyə gedirik Ruhlanla birlikdə" məzmunlu sms yazıb: "Mən də Dəyanətlə Ruhlanın məhz Əhmədli qəsəbəsindəki hipermarketin içindəki bankomatdakı pul vəsaitlərini dəyişməyə gələcək inkassator üzvlərinə silahla hücüm edərək onları öldürəcəklərini və pulları ələ keçirəcəklərini başa düşdüm. Dəyanət əlavə olaraq "xəbərlərdə nəsə çıxsa, bizə xəbər edərsən" məzmunlu SMS yazdı. Mən də "yaxşı" deyə cavab verdim. Ardınca isə Dəyanət SMS-ləri iki tərəfli olaraq sildi. Hadisədən xəbərsiz qaldım. İşə çatandan az sonra saat 13 radələrində Dəyanət mənə zəng edərək harada olduğumu soruşdu. Təxminən yarım saat sonra Dəyanət taksi ilə iş yerimə gəldi. Öncə mənə sosial şəbəkələrdə yayılmış hadisənin kamera tərəfindən qeydə alınmış videogörüntülərini öz mobil telefonunda göstərdi. Sonra isə həmin hadisəni Ruhlanla birlikdə mənə qabaqcadan çayxanada dedikləri kimi də etdiklərini bildirdi. Bundan sonra hadisə barədə xəbərdar oldum. Dəyanət əlavə olaraq tapançanın üzərində olduğunu, lakin tapançadakı nasazlıq səbəbindən lüləsinin ilişdiyini, içərisində patron qaldığını dedi, onu gözdən uzaq bir yerə aparmağımı, tapançadakı nasazlığı aradan qaldırmasını istədi. Xidməti mopedim ilə Dəyanəti təxminən 3 kilometr məsafədə yerləşən "Tatar qəbiristanlığı" adlanan yerə apardım. Dəyanət tapançanın lüləsini bir neçə dəfə arxaya-qabağa dartsa da, nasazlıq aradan qalxmadığına görə yenidən sandıqçanı tapancanın içinə taxıb eyni yerdə gizlətdi. Sonra geri mənim iş yerimə qayıtdıq. Dəyanətin həm polisdən gizlənmək, həm də telefondakı silahların fotoşəkillərini yox etmək məqsədilə mobil telefonu və nömrəsini qıracağını başa düşdüm. Dəyanət mobil telefon ilə iki nömrəsini sındırıb ağaclar tərəfdə zibillik kimi bir yerə tulladı".

Məhkəmənin növbəti iclası dekabrın 13-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda yerləşən hipermarketdəki bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb.

Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb.

Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qüdrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

R.İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qüdrətovun üzərindən isə 1 ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb.

Paylaş

Xəbər lenti

Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir Bu gün, 21:48 Ceyhun Bayramovla Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər Bu gün, 21:48 Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb Bu gün, 21:48 Bakıda yolların rəngi niyə dəyişə bilər? - Ekspertdən maraqlı təklif Bu gün, 21:48 Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb Bu gün, 21:48 "Euronews": "Formula-1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub Bu gün, 21:48 Bu məktəbə xanım direktor təyin olundu Bu gün, 20:48 Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb Bu gün, 20:48 Şəhidimizin adını daşıyan gəmi dron hücumuna məruz qaldı: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır Bu gün, 20:48 Maaşlar 15-20 faizə qədər arta bilər - SEVİNDİRİCİ XƏBƏR Bu gün, 20:48 Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır Bu gün, 20:48 Bakıda yeni tikili mənzillərin qiymətləri sentyabrda illik 14 %-dən çox artıb Bu gün, 19:48 MN-də 143 milyonluq mənimsəmə: Məhkəmə sabiq general və polkovniklərlə bağlı qərar verdi Bu gün, 19:48 "Fənərbağça"nın sabiq qapıçısı İlie Datku vəfat edib Bu gün, 19:48 Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb Bu gün, 19:48 Bu rayonda yollar TƏMİR EDİLƏCƏK - Küçələrin adları Bu gün, 19:48 AAYDA: "Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır" Bu gün, 19:48 Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib Bu gün, 18:48 Alimlər bunu ilk dəfə bacardılar: Zədələnmiş göz toxuması bərpa edildi Bu gün, 18:48 Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır Bu gün, 18:48 Rusiyada insanları silah gücünə kölə kimi işlədən dəstə ifşa olundu Bu gün, 18:48 FHN bu ərazilərdə yeni xilasetmə məntəqələri tikdirəcək - SİYAHI Bu gün, 18:48 Qazaxıstanda 14 hərbçinin ölümü ilə bağlı araşdırmanın nəticələri açıqlandı Bu gün, 18:48 "Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək Bu gün, 17:48 Övladlığa götürülən uşaqlarla bağlı sosial işçi ilə görüş və təlimin müddəti qısaldılıb Bu gün, 17:48 XƏBƏRDARLIQ - Hava kəskin PİSLƏŞİR - Şimşək, dolu, qar... Bu gün, 17:48 Zəngilanda fəhlələr arasında kütləvi dava, xəsarət alan var Bu gün, 17:48 Bakıda mənzil QİYMƏTLƏRİNDƏ ŞOK ARTIM - Bu rayonlarda 20%-i keçdi Bu gün, 17:48 Arda Gülər Türk futbol tarixində yeni rekorda imza atıb Bu gün, 17:48 Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi Bu gün, 17:48 Şəhid yoldaşından duyğulandıran sözlər: "Güllə yağışı altında yaralıları xilas edirdi" Bu gün, 17:48 Avropada növbəti muzeyi soymaq istədilər Bu gün, 16:48 Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır Bu gün, 16:48 Pirallahı Sənaye Parkı üzrə ümumi investisiya portfeli açıqlanıb Bu gün, 16:48 Şəhidimizin adını daşıyan gəmi Qara dənizdə dronla vurulub, ölənlər var Bu gün, 16:48 Bakıda marşrut avtobusu belə aşdı - ANBAAN VİDEO Bu gün, 16:48 Taliban: Əfqanıstanda sülh bərqərar olub, ölkə dünya ticarətinin tranzit mərkəzinə çevrilə bilər Bu gün, 16:48 Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb Bu gün, 16:48 "Baldır Yar" 1 milyon izlənildi - Röyadan yeni rekord Bu gün, 16:48 İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir Bu gün, 16:48 Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir Bu gün, 16:48 Ben Afflek Şakira ilə münasibət iddialarını təkzib edib Bu gün, 15:48 Hansı rayonda yollar daha pisdir? - Ekspertdən TƏHLİL Bu gün, 15:48 FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirib Bu gün, 15:48 "Yeşilçam"ın məşhur aktyoru 90 yaşında vəfat etdi Bu gün, 15:48 Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib Bu gün, 15:48 Səudiyyədən neftlə bağlı ciddi xəbərdarlıq: Ehtiyatlar kritik həddə çatıb Bu gün, 15:48 Rüfət Axundov anasının "Müəllimlər Günü"nü təbrik etdi Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR