
Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatının IX turunda heç-heçə edib.
"Report"un məlumatına görə, Fətəliyeva turnir cədvəlinin lideri Monika Soçko (Polşa) ilə sülh bağlayıb - 0,5:0,5.
Səbinə İbrahimova isə Noqa Oriana (İsrail) qalib gəlib.
Bu nəticələrdən sonra Günay Məmmədzadə 7 xalla 2-ci, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova 6,5 xalla 4-5-ci, Gövhər Beydullayeva və Xanım Balacayeva 6 xalla müvafiq olaraq 17-ci və 19-cu, Ləman Hacıyeva 5 xalla 33-cü və Səbinə İbrahimova 4 xalla 80-cidir.
Qeyd edək ki, avqustun 31-də başa çatacaq Avropa çempionatında 123 şahmatçı mübarizə aparır.
Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.
"Report"un xəbərinə görə, Məmmədzadə IX turda Ermənistan təmsilçisi Mariya Gevorqyanı məğlub edib.
Azərbaycanın digər şahmatçılarından Gülnar Məmmədova İnna Qaponenko (Ukrayna), Xanım Balacayeva Anna Uşenina (Ukrayna) və Gövhər Beydullayeva Nurgül Səlimova (Bolqarıstan) ilə heç-heçə edib. Ləman Hacıyeva isə Anna Sarqsyana (Ermənistan) uduzub.
Ülviyyə Fətəliyeva lider Monika Soçko (Polşa) ilə heç-heçə edib. Səbinə İbrahimova isə Noqa Oriana (İsrail) qalib gəlib.
Bu nəticələrdən sonra Günay Məmmədzadə 7 xalla 2-ci, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova 6,5 xalla 4-5-ci, Gövhər Beydullayeva və Xanım Balacayeva 6 xalla müvafiq olaraq 17-ci və 19-cu, Ləman Hacıyeva 5 xalla 33-cü və Səbinə İbrahimova 4 xalla 80-cidir.
Qeyd edək ki, avqustun 31-də başa çatacaq Avropa çempionatında 123 şahmatçı mübarizə aparır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.