
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, hadisə Novxanı yolunda qeydə alınıb.
"VAZ-2106" və yük avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Rasim Nadir oğlu Hacıyev hadisə yerində ölüb.
Qəza zamanı daha 2 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.