12-05-2024, 06:10 531

DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək

Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirir. Bu gün, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilir. Saat 10:00-da başlanacaq imtahan 1 saat 30 dəqiqə davam edəcək.

DİM-dən "AVESTA.AZ"a bildirilib ki, imtahanda ümumilikdə 24987 (Bakıda 17403, Sumqayıtda 877, Abşeronda 899, Naxçıvanda 86, Gəncədə 1548, Şəmkirdə 89, Tovuzda 203, Mingəçevirdə 186, Yevlaxda 92, Şəkidə 158, Zaqatalada 343, Balakəndə 242, Qəbələdə 205, Qaxda 176, Bərdədə 235, Göyçayda 207, Şirvanda 348, Lənkəranda 336, Qubada 237, Qusarda 530, Xaçmazda 587) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur. İmtahanda 30 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird (abituriyent) də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Respublikanın 21 şəhər və rayonunda təşkil edilən imtahanın idarə olunması üçün 112 ümumi imtahan rəhbəri, 294 imtahan rəhbəri, 2341 nəzarətçi ayrılıb, 346 buraxılış rejimi əməkdaşı (mühafizə), 112 bina nümayəndəsi cəlb edilib.

İştirakçılar imtahana aşağıda qeyd edilən sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda 30 tapşırıq təqdim olunur:

- dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);

- dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;

- oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100-dür. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Paylaş

Xəbər lenti

"Barselona" futbolçuları Bakıda Bu gün, 00:48 Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub Bu gün, 00:48 Ada Süleymanın həlak olduğu qəzadakı avtomobilin son halı Bu gün, 00:48 Sulutəpədə güclü yanğın Dünən, 23:48 ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib Dünən, 23:48 Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib Dünən, 23:48 Melaniya Tramp: Vaşinqton Ukrayna nizamlanmasına dair yeni təkliflər üzərində işləyir Dünən, 23:48 Qarabağ Universiteti: Heç bir tələbə ali təhsil müəssisəsindən qovulmayıb Dünən, 22:48 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib Dünən, 22:48 Tramp "Nvidia" rəhbərinin üç yeni çip hazırlamaq istədiyini açıqlayıb Dünən, 22:48 Ramiz Mehdiyevin kürəkəninin işi niyə yalnız Kəmalə Abıyevaya həvalə edilir? - Təsadüf, yoxsa üst-üstə düşən maraqlar? Dünən, 22:48 Evdə virusların yayılma riskini azaltmağın sadə yolu - Həkim açıqladı Dünən, 22:48 Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib Dünən, 22:48 Səfir: Albaniya Orta Dəhlizin 8-ci Dəhliz və Dürres limanı ilə birləşdirilməsində maraqlıdır Dünən, 21:48 FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb Dünən, 21:48 Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib Dünən, 21:48 Bakıda mənzillər 2027-ci ildə də bahalaşacaq? - VACİB AÇIQLAMA Dünən, 21:48 Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü Dünən, 21:48 Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı Dünən, 20:48 Dünyaca məşhur "Bvlgari" brendinin rəhbəri VƏFAT ETDİ Dünən, 20:48 29 binanın damı, fasadı və blokları yenilənəcək - Bu ərazilərdə... Dünən, 20:48 Merts Avropanın Rusiya ilə danışıqlara hazır olduğunu bildirib Dünən, 20:48 Keçmiş məcburi köçkünləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu rayonlarda... Dünən, 19:48 74 yaşlı qadının məhkəmə istintaqı yenidən başlayır Dünən, 19:48 Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb Dünən, 19:48 Azərbaycanda bu oyuncaqların satışı QADAĞAN EDİLİR Dünən, 19:48 Paşinyan avropalı səfirlərlə görüşdü – TRIPP və sülh prosesi müzakirə olundu Dünən, 19:48 Apteklərdə müayinə aparan bəzi oftalmoloqlar cəzalandırılacaqlar Dünən, 18:48 Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI Dünən, 18:48 Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında Dünən, 18:48 İcarəyə maşın götürdü, ehtiyat hissələrini sökərək satdı Dünən, 18:48 Tramp: Huanqın "Nvidia"ya qayıdışı düzgün qərardır Dünən, 18:48 Azərbaycanda Dünya Çempionatı keçirilir - 900-dən çox idmançı mübarizə aparacaq Dünən, 18:48 İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 17:48 İsa Həbibbəyli: Sərdar Berdiməhəmmədovun kitabı Türkmənistanın "pasportu"dur Dünən, 17:48 Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri Dünən, 17:48 Binə qəsəbəsində mağazalardan oğurluq edən iki nəfər saxlanılıb Dünən, 17:48 "By Fateh Gənclik"də nöqsanlar aşkarlandı - GÖRÜNTÜLƏR Dünən, 17:48 Jiva Tünzalə Ağayevanın repertuarına müraciət etdi - VİDEO Dünən, 17:48 Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü Dünən, 17:48 Bakıda və rayonlarda sabah külək güclənəcək Dünən, 17:48 Çingiz Kişiyev: "İlk dəfə çempionatda UWW təşkilatının xüsusi patentləşdirilmiş kəməri təqdim ediləcək" Dünən, 16:48 Nərimanovda açıq lyukun qapağı oğurlanıbmış - Açıqlama Dünən, 16:48 Nar Oyun Mərkəzində oyna, smartfon qazan! Dünən, 16:48 Azərbaycanda oyuncaqların satışı ilə bağlı YENİ TƏLƏB - Bundan sonra... Dünən, 16:48 Pərviz Şahbazova yeni vəzifə verildi Dünən, 16:48 Polis Abşeronda reyd keçirdi, 16 sürücü saxlanıldı Dünən, 16:48 Bu yolda cərimələnə bilərsiniz: Yol nişanları dəyişdirilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR