21-02-2022, 23:47 868

Olimpiada nə ilə yadda qalacaq... -

Pekin Olimpiadası təkcə yeni idman nailiyyətləri və emosional anları ilə tarixə düşməyəcək. Həmçinin, bu Oyunlar bəzi idmançıların şikayət etdiyi sərt koronavirus məhdudiyyətləri və ABŞ-ın diplomatik boykotundan tutmuş Ukrayna məsələsinin kəskinləşməsinə qədər geosiyasi gərginliyin artması ilə yadda qalacaq.

Avesta xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat verib. Bazar günü, fevralın 20-də Pekində həm gərgin rəqabət, həm emosional anları, həm də koronavirus məhdudiyyətləri və geosiyasi gərginliyi ilə tarixə düşəcək Olimpiya Oyunlarının bağlanış mərasimi keçirildi.

“Quş yuvası” adıyla tanınan Pekin Milli Stadionunda baş tutan bağlanış mərasimi uşaqların əllərində qar dənəcikləri fənərləri ilə rəqs etmələri ilə başladı. Tədbirin sonunda parlaq qar dənəcikləri səmaya uçdu, stadionun üzərində atəşfəşanlıq yaşandı və “Bir dünya, bir ailə” şüarı alovlandı.

Kanalın qeyd etdiyi kimi, Qış Olimpiya Oyunlarının açılışı kimi, onun bağlanışı da 2008-ci ildə Pekində keçirilən yay oyunları ilə müqayisədə daha sadə formatda baş tutub. Təşkilatçılar öz konsepsiyalarında Çin adət-ənənələrinə, uşaqlara və adi insanlara daha çox diqqət yetiriblər. Koronavirus məhdudiyyətləri səbəbindən bağlanış mərasiminin biletləri satışda olmadığı üçün xüsusi dəvətlə stadiona gələn tamaşaçıların sayı az idi.

Tarixdə həm yay, həm də qış Olimpiya Oyunlarına ev sahibliyi edən ilk şəhər olan Pekin estafeti 2026-cı ildə növbəti Oyunların keçiriləcəyi İtaliyanın Milan və Kortina d'Ampezzo şəhərlərinə ötürdü.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Pekin Olimpiya Oyunlarına yekun vuran çıxışında yarışda iştirak edənlərin idman ruhunu yüksək qiymətləndirib: “Siz bir-birinizə nəinki hörmət edirdiniz və baxmayaraq ki, ölkələriniz arasında münaqişələr yaşanır, bir-birinizi dəstəkləyir və qəbul edirdiniz. Qoy həmrəylik və sülh nümunəniz bütün dünyada siyasi liderlər üçün ilham mənbəyi olsun”. Bax həmçinin beynəlxalq ictimaiyyəti insanların peyvəndlərə əlçatanlığını təmin etməyə və pandemiyaya son qoymaq üçün birlikdə daha ​​sürətli, daha yüksək və dah güclü olmağa çağırıb. 

Telekanalın məlumatına görə, artıq arxada qalan Olimpiada təkcə bəzi idmançıların bəzən şikayət etdiyi ən sərt koronavirus məhdudiyyətləri ilə yadda qalmayacaq. ABŞ başda olmaqla bir sıra ölkələrin diplomatik boykotunu, Oyunlar zamanı Rusiya ilə Ukrayna arasında gərginliyin artmasını, 15 yaşlı rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyeva ilə bağlı səs-küylü “dopinq dastanı”nı qeyd etməmək mümkün deyil.

Bundan əlavə, kanal xatırladır ki, Olimpiada ərəfəsində medianın fəal şəkildə işıqlandırdığı mövzulardan biri də ABŞ-ın hətta “soyqırım” adlandırdığı Çin hökuməti tərəfindən müsəlman uyğurlara qarşı təzyiqlər olub. Pekin dəfələrlə bütün bu ittihamları rədd edib və açılış mərasimində Olimpiya məşəlini yandırmaq üçün uyğur idmançının seçilməsi kimi simvolik addım atıb.

Xatırladaq ki, ümumi medal sıralamasında birinci yeri əhalisi 5 milyondan bir qədər çox olan, qış idman növləri üzrə tez-tez lider mövqedə qərarlaşan Norveç tutub. İkinci yerdə Rusiya, üçüncü yerdə isə Almaniya, Kanada və ABŞ qərarlaşıb. Olimpiadaya ev sahibliyi edən Çin 15 medal qazandı, 2018-ci ildə Cənubi Koreyanın Pxyonçxan şəhərində keçirilən sonuncu Olimpiadada Çin idmançıları 9 medal qazanmışdı.

“İki həftəlik Olimpiya dramının pərdəsi aşağı düşsə də, idman həvəskarlarının narahat olmasına ehtiyac yoxdur. Bu Oyunlar başa çatsa da, bizi Pekində martın 4-də başlayıb 13-də bitəcək Paralimpiya Oyunları gözləyir”, - deyə NBC News bildirib. (Moderator)

Paylaş

Xəbər lenti

Hikmət Hacıyev Şuşada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüşüb Bu gün, 13:48 Sürücü sürət həddini aşıb qəza törətdi, işıqfora çırpıldı - ANBAAN VİDEO Bu gün, 13:48 Prokuror "Beniz"ə ağır cəza istədi Bu gün, 13:48 ABŞ-də "Zərrab işi"ndə FİNAL - Doqquz il sonra... Bu gün, 13:48 Azərbaycanda enerji effektivliyi haqqında qanunda dəyişiklik qəbul olunub Bu gün, 13:48 Haluk Leventin dərnəyi ilə bağlı saxlanılanların sayı 39-a çatdı Bu gün, 13:48 IV Şuşa Qlobal Media Forumu başa çatıb Bu gün, 13:48 Sabah Azərbaycanda 40° isti olacaq Bu gün, 13:48 Gəlinlə bəy bu səbəbdən ŞADLIQ SARAYINI məhkəməyə verdi - 200000 alacaq Bu gün, 13:48 Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə iyul ayının pensiyaları ödənilib Bu gün, 13:48 Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib Bu gün, 12:48 Bakıda bu avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir Bu gün, 12:48 Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir Bu gün, 12:48 İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub Bu gün, 12:48 Travmotologiya İnstitutunda NÖVBƏ İZDİHAMI Bu gün, 12:48 Qumar oyununda təkrar iştirak etməyə görə inzibati həbs tətbiq olunacaq Bu gün, 12:48 Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir Bu gün, 12:48 Daha təhlükəsiz yollar naminə: AMAK və Bolt Azərbaycan əməkdaşlığa başlayır Bu gün, 12:48 İlham Əliyev və Peter Pelleqrini Şuşada tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar Bu gün, 12:48 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlanır Bu gün, 12:48 Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub Bu gün, 11:48 İlham Əliyev: Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir Bu gün, 11:48 İlham Əliyev Emmanuel Makronu təbrik edib Bu gün, 11:48 Rumıniyada SOCAR-ın daha iki yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib Bu gün, 11:48 Prezident: Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir Bu gün, 11:48 Azərbaycan Prezidenti: Slovakiya Qarabağın bərpasında fəal iştirak edir Bu gün, 11:48 Azərbaycan və Slovakiya Prezidentləri bu gün Ağdama səfər edəcəklər Bu gün, 11:48 Media və Yayım Şurasının yaradılması təklifi son oxunuşda qəbul edilib Bu gün, 11:48 Şuşa Qlobal Media Forumunun 2-ci günü Bu gün, 11:48 Slovakiya Prezidenti: Azərbaycan regionun sabitliyinin, inkişafının qarantı və əsas oyunçusudur Bu gün, 11:48 Peter Pelleqrini: Azərbaycan və Slovakiya arasında əməkdaşlıq konkret layihələrə çevrilir Bu gün, 11:48 Novo Nordisk ADA 2026-da Wegovy üzrə yeni klinik nəticələr Bu gün, 11:48 Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur Bu gün, 11:48 Bred Pitt 33 yaş kiçik sevgilisi ilə Dünya Çempionatını izlədi Bu gün, 11:48 Prezident köməkçisi: Azərbaycan tez-tez beynəlxalq dezinformasiya kampaniyalarının hədəfinə çevrilir Bu gün, 10:49 İlber Ortaylının qızı onun əşyalarını "WhatsApp"da su qiymətinə satdı Bu gün, 10:48 Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib Bu gün, 10:48 Nahidə Babaşlı ikinci dəfə ailə quracaq Bu gün, 10:48 Şəkidə biçilmiş taxıl sahəsində yanğın olub Bu gün, 10:48 Pentaqon: Yaxın Şərqə 50000-dən çox ABŞ əsgəri göndərilib Bu gün, 10:48 Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub Bu gün, 10:48 Şuşada İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub Bu gün, 10:48 Lisey və gimnaziyalara müraciət müddəti uzadılıb Bu gün, 10:48 Bakıda bu ilin 6 ayı ərzində 1543 yol qəzası olub Bu gün, 10:48 Latifa Axerbaş: "Medianın məqsədi dezinformasiyanın qarşısını alaraq etimadı yenidən bərpa etməkdir" Bu gün, 10:48 Ağstafada 21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı Bu gün, 10:48 Azərbaycanın Ukrayna ilə hərbi əməkdaşlığı dünya mediasının gündəmində Bu gün, 09:50 İordaniya mediası Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışını işıqlandırıb Bu gün, 09:50

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR