
Oğuz rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
"AVESTA.AZ"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz şəhər ərazisində fərdi yaşayış evlərindən birində baş verib.
Belə ki, 2022-ci il təvəllüdlü M.M. yaşadığı evdə yıxılaraq başı stula dəyib. Azyaşlı dərhal Bakı şəhəri Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasına yerləşdirilib.
2 yaşlı M. Məmmədov bu gün burnundan açılan qanaxmadan dünyasını dəyişib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.