
Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 26.08.2024-cü il tarixində 1971-ci il təvəllüdlü kişi cinsli şəxs hospitalizasiya olunub.
Mərkəzdən "AVESTA.AZ"un yerli bürosuna bildirilib ki, qarının ön divarının boşluğa nüfuz etməyən kəsilmiş-deşilmiş yarası
diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirlən şəxs əməliyyat olunaraq zəruri tibbi yardım göstərilib.
"Vəziyyəti əməliyyata uyğun stabildir", - məlumatda qeyd olunub.
Sumqayıtda qardaş qardaşı bıçaqlayıb.
"AVESTA.AZ"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 1-ci məhəlləsində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Cabbarov Səxavət Nəbi oğlu münaqişə zəminində qardaşı, 1971-ci il təvəllüdlü Cabbarov Elşən Nəbi oğluna bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.