
Gəncə şəhərində avtomobil ağaca çırpılıb, xəsarət alanlar var.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərdə fəaliyyət göstərən ali məktəblərin birinin qarşısında qeydə alınıb.
Qəza nəticəsində 2000-ci il təvəllüdlü Q.Həsənov və daha 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.