
Salyanda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
“AVESTA.AZ”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.
Belə ki, Neftçala rayonunun Cəngan kənd sakini, 2003-cü il təvəllüdlü Məlikov Ağababa Ümidvar oğlunun idarə etdiyi motosiklet Salyanın Yolüstü kənd sakini, 2018-ci il təvəllüdlü Kərimova Əsmar Toğrul qızını vurub.
Qəza nəticəsində sürücü və azyaşlı uşaq müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.