
Hacıqabulda avtomobilin vurduğu velosipedçi üç gün sonra ölüb.
"Report" xəbər verir ki, sentyabrın 4-də Emil Süleymanov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu velosipedlə keçən Mahir Hüseynovu vurub.
Velosipedçi aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, M.Hüseynov həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.