Xaçmaz rayonunun Xudat şəhərində azyaşlının anası tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "AVESTA.AZ"un yerli bürosuna bildirilib ki, tibbi ekspertiza təyin edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Xudat şəhərində azyaşlı döyülüb.
"AVESTA.AZ"un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin Əbilov küçəsində qeydə alınıb.
Qusar rayon sakini 7 yaşlı Z.C qızının ailəsi ilə birlikdə kirayə qaldıqları evdə anası Səyyarə Qayıbova tərəfindən döyüldüyü iddia olunur.
Yaralı ağır bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.