18-10-2024, 10:26 527

Pərviz Şahbazov:

Hidroenerji potensialı yüksək olan Qarabağ və Şərqi Zəngəzurda su elektrik stansiyaları bölgənin "təmiz enerji" təminatının əsas mənbəyidir və bu regionların elektrik enerjisi tələbatı 100 % "yaşıl enerji" hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerji sisteminə ötürülür.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

"Bu gün Azərbaycanın "yaşıl artım" ölkəsi kimi inkişafında və 2026-cı ilədək "yaşıl enerji" məkanlarının yaradılmasında müstəsna rol "yaşıl enerji zonası" modelinə məxsusdur. Azərbaycan Prezidentinin Qarabağ və Şərqi Zəngəzurun modern quruculuğa, xalis sıfır emissiyalı "Yaşıl Enerji Zonası" Konsepsiyasına əsaslanan inkişafı ilə bağlı strateji qərarı bu gün dünya ölkələri üçün də faydalı olacaq unikal nümunə formalaşdırıb. İndiyə qədər 270 MVt gücündə 32 su elektrik stansiyası istismara verilib. Bu, il ərzində 600 milyon kVt-st-dan çox "yaşıl enerji"nin istehsalı, 160 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon qazının (CO2) həcminin isə 330 min tondan çox azalması deməkdir", - deyə o qeyd edib.

P. Şahbazovun sözlərinə görə, ölkə Prezidentinin 2024-cü il 10 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın 2024-2027-ci illərdə həyata keçirilməsi üzrə Tədbirlər Planı bu ərazilərdə daha 28 su elektrik stansiyasının tikintisini nəzərdə tutur: "Onlardan ümumi gücü 37,5 MVt olan 6 kiçik su elektrik stansiyasının tikintisi aparılır. Bundan başqa KSES-lərin bərpasına özəl investisiyanın cəlb edilməsi istiqamətində Kəlbəcər və Laçında Həkəri və Tərtər çayları üzərində yerləşən 5 kiçik su elektrik stansiyasının bərpa edilərək istismara verilməsi ilə bağlı Türkiyənin "Demirören Yatırım Holding A.Ş." şirkəti, "Arges Enerji Team" MMC şirkəti və "Azərbaycan İnvestisiya Şirkəti" ASC arasında ötən ilin dekabrında imzalanmış müqaviləyə əsasən Laçında kiçik su elektrik stansiyalarından birinin təməli qoyulub, digər stansiyalarla bağlı müvafiq tədbirlər görülür".

Nazir xatırladıb ki, bu ilin may ayında açılışı olan "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları, yaxın perspektivdə istifadəyə veriləcək 140 MVt gücündə su elektrik stansiyaları Şərqi Zəngəzurun "yaşıl enerji" zonası kimi inkişafının mühüm elementləridir: "Ümumi gücü 500 MVt olan 5 günəş, eləcə də külək elektrik stansiyalarının inşası ilə bağlı planlar üzrə investorlarla əməkdaşlığımız da bu strateji bölgəni "yaşıl enerji"nin istehsalı və ixracının mühüm mərkəzlərindən birinə çevirəcək".

Paylaş

Xəbər lenti

Hər şeyi özünə dərd edən bürclər: Onlar hadisələri çox düşünür Bu gün, 00:48 Alimlərdən yeni kəşf: Beyin məşqlə eyni anda iki işi görə bilir Dünən, 23:48 Nolo qasırğası yenidən güclənərək 3-cü kateqoriyaya çatdı Dünən, 23:48 Atası ilə son danışığından üç gün sonra şəhid oldu: Fərid Məmmədzadənin həyat hekayəsi Dünən, 23:48 Rusiya Müdafiə Nazirliyi: Qara dənizdə iki quru yük gəmisi vurulub Dünən, 22:48 Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı Dünən, 22:48 Girnə sahillərində batan gəmidə daha bir şəxsin meyiti tapılıb Dünən, 22:48 Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş Dünən, 21:48 Payızda immuniteti necə gücləndirmək olar? Dünən, 21:48 Messinin Argentina millisində son oyunu bəlli oldu Dünən, 21:48 Ayxan Abbasov: "Litva ilə oyunda futbolçular bacardıqlarından daha yaxşı çıxış etdilər" Dünən, 20:48 Norveç sahillərində üç gəmi toqquşdu Dünən, 20:48 Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto Dünən, 20:48 Məkkə sazişi çərçivəsində komitənin növbəti iclası keçiriləcək Dünən, 20:48 Azərbaycanda milyardlarla manatlıq iqtisadi hədəflər müəyyənləşdirildi Dünən, 19:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub Dünən, 19:48 Gəncədə dönər yeyən iki nəfər xəstəxanalıq oldu Dünən, 19:48 Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb Dünən, 19:48 Almaniyadan Ukraynaya 1,3 milyard avroluq yeni yardım paketi Dünən, 18:48 Tramp ABŞ-də Superkəşfiyyat Qüvvələrinin yaradıldığını açıqladı Dünən, 18:48 UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçında ikinci hissə başlayıb Dünən, 18:48 Husilər Səudiyyə Ərəbistanındakı "Saudi Aramco" obyektlərinə zərbə endirdiklərini iddia ediblər Dünən, 18:48 Şəhid anasının xatirəsi: "Oğluma dedim ki, əsir düşməmək üçün özünü vur" Dünən, 17:48 Sabah hava meteohəssas insanlara necə təsir edəcək? Dünən, 17:48 Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı Dünən, 17:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi Litva ilə matçda hesabı açıb Dünən, 17:48 Qubada avtomobilin vurduğu məktəbli xəstəxanada öldü Dünən, 17:48 Trampdan hər bir ABŞ vətəndaşına 5 min dollarlıq ödəniş vədi Dünən, 16:48 Əhməd Yusifov dünya çempionatında finala vəsiqə qazanıb Dünən, 16:48 Türkiyədə 4,8 maqnitudalı zəlzələ baş verib Dünən, 16:48 Vətən müharibəsi iştirakçısına vəzifə verildi Dünən, 16:48 Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməli - Foto Dünən, 15:48 Kərim Abbasov üzr istədi Dünən, 15:48 Ferhat Gündoğdunun həbsinin DETALLARI Dünən, 14:48 Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov ikinci qələbəsini qazanıb Dünən, 14:48 Məkkə sazişinə qoşulanların sayı arta bilər Dünən, 14:48 Cəbrayıla qayıdan sakinlərdən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Dünən, 13:48 Qubada yol tamamilə çökdü Dünən, 13:48 Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı Dünən, 13:48 Ciqan valideynlikdən məhrum oluna bilər Dünən, 13:48 Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev 1/8 finala vəsiqə qazanıb Dünən, 13:48 Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb Dünən, 12:48 Cəbrayıla qayıdan sakinlərindən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Dünən, 12:48 Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq? Dünən, 12:48 Bakıda ev tikintisi faciə ilə nəticələndi Dünən, 12:48 Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq Dünən, 12:48 "Bakıda bir ağac yetişdirmək uşaq böyütməkdən çətindir" - Paytaxtın yaşıllıq planı Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR