5-02-2025, 13:40 353

Bəziləri düşünür ki, legioner limitinin ləğvi Azərbaycan futbolunu məhvə aparacaq. Bu fikirlərlə qətiyyən razı deyiləm.

Bunu "AVESTA.AZ"a açıqlamasında I Liqada çıxış edən "Qəbələ" klubunun idman direktoru Səbuhi Səfiyarlı deyib.

O, indiyədək ölkə çempionatında müxtəlif limitlərin olduğunu xatırladıb:

"Legioner limitinin ləğvi haqqında danışanda hər iki mövqeyi müdafiə edənlərin özlərinə görə arqumentləri var. Daha əvvəl 21 yaşadək futbolçular üçün də var idi. Gənc oyunçuların oynaması, şans qazanması, yetişməsi və gələcəkdə yığmaya xeyir verməsi üçün tətbiq olunurdu. Amma bu, baş vermədi. Bütün bunlar ona görə edilirdi ki, yerli oyunçular yetişdirilsin. Amma yenə görürük ki, yığmada "milliləşdirilmiş" futbolçular oynayırlar. Son illərdə də milli həmişə seçmə mərhələlərdə qrup sonuncu olmamaq üçün mübarizə aparırdı. Komanda UEFA Millətlər Liqasında bunu da bacarmadı və D Liqasına düşdü".

S.Səfiyarlının sözlərinə görə, yaxşı yerli oyunçular yenə meydana çıxacaqlar:

"İzah edirlər ki, guya azərbaycanlıların oynamaq şansı olmayacaq. Bunun fərqi yoxdur. Çünki legionerlərin sifarişi üçün elə məbləğlər var ki, onu heç də bütün klublar ödəyə bilməyəcəklər. Ancaq yaxşı büdcəyə malik olanlar verə biləcəklər. Orta və aşağı büdcəyə malik klublar yenə yerlilərdən yararlanacaqlar. Bu, azərbaycanlı futbolçulara da özünü göstərmək şansı verəcək. Bəzi absurd fikirlər səsləndirilir ki, klublar keyfiyyətsiz legionerlər gətirəcək. Bir klub keyfiyyətsiz oyunçunu niyə komandaya cəlb etsin? Hazırkı sirafiş ərizələrində hər klubun 13-14 əcnəbi oyunçusu var. Bundan artıq da olmayacaq. Çünki 13-cü legionerin qiyməti 100 min manatdır. Növbəti mövsümdən klubların əksəriyyəti 13-cü legioneri almayacaq. Keyfiyyətsiz legioner gətirəcəklər? Belə olanda komanda I Liqaya düşəcək. Klub limit olsa və ya olmasa da, legioner cəlb edir. Hansısa şəxsin fikrində başqa şeylər varsa, bunun limitə aidiyyatı yoxdur".

Klub rəsmisi artıq bəzi futbolçuların Azərbaycan pasportuna arxayın olmayacağını söyləyib:

"Limit olduğu dönəmdə bəzi futbolçular layiq olmadıqları klublarda layiq olmadıqları pulu alırdılar. İndi isə öz mövqeyindəki legioneri üstələmək istəyəcək ki, daim oynasın. Bu hardasa yerli oyunçuların keyfiyyətinin artmasına səbəb ola bilər. Hamısına aid olacağını demirəm. Çünki futbolçuların potensiallarını, nəyə qadir olduqlarını bilirik. Artıq azərbaycanlı oyunçular daha çox çalışmağa məcbur qalacaqlar. Bu halları görəcəyik. Çox yanlış fikirdir ki, legioner limitinin ləğvi yerlilərin qarşısını alacaq. Yaxşı oyunçu yenə də oynayacaq, özünə yer tapacaq. Limitin ləğvi yerli futbolçuların qazancına da təsir edəcək. Beləliklə, özlərinə qarşı daha tələbkar olmağa başlayacaqlar. Premyer Liqa klubları limit olduğu üçün yerli futbolçuları icarəyə vermirdilər. Hər zaman azərbaycanlı futbolçu lazım ola bilirdi. Birini oynadırdılar, digərini isə ehtiyatda saxlayırdılar. Artıq belə problem olmayacaq və digər klublara icarəyə veriləcəklər. Komanda sayının 12-yə qaldırılması yerli futbolçuların komanda seçimlərinin artması deməkdir. Premyer Liqaya layiq olmayan isə I Liqada çıxış edəcək. Bu da aşağı dəstənin səviyyəsinin artmasına gətirib çıxaracaq. Əvvəl-axır bunlar baş verməli idi. Yerli futbolçularda çox rahatlıq var idi. Onları silkələmək lazım idi. Belə qərarın verilməsi bəlkə də yaxşı hal olacaq. Məncə, limitin ləğvi uzun müddətli ola bilməz. Yerli futbolçuların səviyyəsi artdıqdan sonra yenidən bu məsələyə qayıtmaq olar. Hər halda, uzun müddət davam etməyəcək. Çempionatda 12 komandanın olması isə son illərdə verilən ən yaxşı qərarlardan biri, bəlkə də birincisidir. Klub sayı mütləq artmalı idi".

Qeyd edək ki, hazırda Premyer Liqada limit "7 legioner + 4 yerli futbolçu" şəklindədir. Fevralın 3-də keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında 2025/2026 mövsümündən etibarən legioner limitinin ləğvi ilə bağlı qərar çıxarılıb. Həmçinin əcnəbi futbolçuların sifarişi üçün rüsumlar tətbiq olunub.

Paylaş

Xəbər lenti

Hər şeyi əvvəlcədən planlaşdıran 5 bürc Bu gün, 00:48 Səudiyyə Ərəbistanı ilə husilər arasında hərbi qarşıdurma güclənib Dünən, 23:48 Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub Dünən, 23:48 Bu meyvə payızın qızılı hesab olunur: sağlamlıq üçün faydaları Dünən, 23:48 İstanbulda sel fəlakətində ölənlərin sayı 6-ya çatıb Dünən, 22:48 ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib Dünən, 22:48 Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb Dünən, 22:48 Trampdan Fransaya çağırış: Sərhədləri BAĞLAYIN Dünən, 22:48 Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var Dünən, 21:48 Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb Dünən, 21:48 Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var Dünən, 21:48 Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb Dünən, 20:48 Azərbaycan gimnastı Dünya Kubokunun qalibi oldu Dünən, 20:48 Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib Dünən, 20:48 Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü Dünən, 19:48 Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər? Dünən, 19:48 Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı Dünən, 19:48 Əraqçi: İran özünü müdafiə etməyə əvvəlkindən daha hazırdır Dünən, 19:48 Güngör Yavuzarslan: "Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir" Dünən, 18:48 Premyer Liqa: "İmişli" "Turan Tovuz"u məğlub edib Dünən, 18:48 Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir Dünən, 18:48 Xırdalanda uşaq əyləncə mərkəzində başlayan yanğın restorana keçib - Sakinlər danışdı Dünən, 18:48 "Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar Dünən, 17:48 20 min manata yaxın aliment borcu olan ata həbs edildi Dünən, 17:48 Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi Dünən, 17:48 Səudiyyə Ərəbistanında iki Banqladeş vətəndaşı edam edilib Dünən, 16:48 İlyas Yalçıntaş barəsində 10 ildən çox həbs cəzası tələb olunur Dünən, 16:48 Çaylardan sel keçəcək, dolu düşəcək Dünən, 16:48 Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib Dünən, 16:48 Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verəcəyini açıqlayıb Dünən, 15:48 Hindistanda yük maşını izdihamın üzərinə çırpılıb: 15 nəfər ölüb Dünən, 15:48 Azərbaycanın nəqliyyat infrastrukturunda yeni dövrün başlanğıcı: Ödənişli yollar effektlidirmi? Dünən, 15:48 "Qalatasaray"ın futbolçusu Rafael Leaunun zədəsinin səbəbi bəlli olub Dünən, 14:48 Rusiya ərazisində 1015 pilotsuz uçuş aparatı məhv edilib Dünən, 14:48 Fransada etirazlar zamanı mağazalarını qorumağa çalışan qadının görüntüləri yayıldı Dünən, 14:48 Estoniya Ukraynaya əlavə 10 milyon avro ayıracaq Dünən, 14:48 İran ABŞ və İsrailə qarşı daha dağıdıcı əməliyyat planı hazırladığını açıqlayıb Dünən, 13:48 Türkiyə millisinin müvəqqəti baş məşqçisi müəyyənləşdi Dünən, 13:48 Almaniyada türkiyəli narkobaron silahlı şəxslərin köməyi ilə həbsdən qaçıb Dünən, 13:48 Salyanda avtomobil aşıb, 3 nəfər xəsarət alıb Dünən, 12:48 Qırğızıstanda TÜRKPA-nın 15-ci plenar iclası keçiriləcək Dünən, 12:48 Litvada dron təhlükəsi ilə bağlı qırmızı hava həyəcanı elan edilib Dünən, 12:48 Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb: İki nəfər ölüb Dünən, 12:48 Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil Dünən, 12:48 Türkiyə Azərbaycana Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik ünvanlayıb Dünən, 12:48 Şouları ilə dünyaya səs salan azərbaycanlı qardaşlar: "Biz hələ də məşq edirik" Dünən, 12:48 Holann Premyer Liqa tarixində yeni rekorda imza atıb Dünən, 12:48 Zelenskidən sonra Ukrayna prezidentinin səlahiyyətlərini yalnız parlament sədri icra edə bilər Dünən, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR