
İmişli rayonunda 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, rayonun mərkəzi ərazisində avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq qəzaya uğrayıb. Hadisə zamanı 1986-cı il təvəllüdlü Əliyev Xəzər Yaqub oğlu və 1980-ci il təvəllüdlü Xudiyev Nofəl Rafiq oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi İlə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı onlara bel fəqərəsinin sınığı diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.