
İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlu və digər 90 şübhəli iki istintaq üzrə prokurorlar qarşısında dindirilir.
Bu barədə BAKU.WS "Haber Global"a istinadən xəbər verir.
Şübhəlilərdən ifadə almaq üçün 30 prokuror təyin edilib. Dindirilmə başa çatdıqdan sonra onlar iş materiallarının məhkəməyə verilməsi ilə bağlı qərar verəcək və məhkəmə növbəti həbs-qətimkan tədbirini seçəcək.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu və 99 şübhəli barəsində "Cinayət təşkilatının lideri və ya üzvü olmaq", "Qəsbkarlıq", "Rüşvətxorluq" və "Tender saxtakarlığı" maddələri üzrə saxlanılmaları barədə qərar verilib.
*** 20:20
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu və digər 91 şübhəli dindirilmək üçün Çağlayandakı Ədliyyə Sarayına gətirilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Həmin şəxslər prokurora ifadə verməlidirlər. O, öz növbəsində iş materiallarının məhkəməyə verilməsi ilə bağlı qərar verəcək və məhkəmə növbəti həbs-qətimkan tədbirini seçəcək.
Məlumat üçün bildirək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu və 99 şübhəli barəsində "Cinayət təşkilatının lideri və ya üzvü olmaq", "Qəsbkarlıq", "Rüşvətxorluq" və "Tender saxtakarlığı" maddələri üzrə saxlanılmaları barədə qərar verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.