
ABŞ Ukraynaya hərbi yardımın göndərilməsini bərpa edib. Bundan əlavə, tərəflər yenidən kəşfiyyat məlumatlarını mübadilə etməyə başlayıblar.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə Fransa lideri Emmanuel Makronla birgə mətbuat konfransında bildirib, yayım Yelisey sarayının sosial şəbəkə səhifəsində aparılıb.
"Bütün məsələlər blokdan çıxarılıb, biz mühüm addımlar atmışıq. Prezident Tramp məhdudiyyəti ortadan qaldırıb", – o bildirib.
Ukrayna Prezidenti vurğulayıb ki, həm hərbi yardım, həm də kəşfiyyat məlumatları Kiyev üçün zəruridir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.