17-06-2025, 09:48 290

6-cı

18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 6-cı dəfə "Yerli şirkətlərin tanıtım sərgisi" keçiriləcək.

Dörd gün ərzində qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı, "Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini və yerli məhsulları geniş kütləyə tanıtmaq, onların yeni bazarlara çıxışını təşviq etmək, şirkətlər arasında qarşılıqlı əməkdaşlığı genişləndirməkdir.

Sərgi təkcə yerli məhsulların nümayişi üçün deyil, həm də Azərbaycan məhsullarının ixracına, xarici tərəfdaşlarla əlaqlərin qurulmasına xidmət edəcək. Bu məqsədlə sərgiyə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən ticarət palataları, biznes assosiasiyaları dəvət olunub.

Sahibkarların müraciətləri və ziyarətçilərin marağı nəzərə alınaraq bu il sərgi dörd gün davam edəcək. Sərginin başqa bir fərqi, bu il ilk dəfə olaraq mikro və kiçik sahibkarların iri şirkətlərin rəhbərləri ilə "B2B" formatlı görüşlərinin təşkil olunmasıdır. Bu, mikro və kiçik sahibkarların iri şirkətlərlə əlaqələrinin genişləndirilməsi və onların təchizat zəncirində iştirakının artırılması məqsədilə edilib.

Sərgi ziyarətçiləri üçün 18-21 iyun tarixlərində, saat 10:00-16:30 aralığında hər iki istiqamətdə ödənişsiz avtobus marşrutu ("Koroğlu" metro stansiyasından (Heydər Əliyev prospekti, "Alov" parkı çıxışı)) xidmət göstərəcək. Ödənişsiz avtobusların üzərində "Yerli şirkətlərin tanıtım sərgisi" qeyd ediləcək.

Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Sərgi ilə bağlı ətraflı məlumat və ziyarətçi qeydiyyatı üçün: https://ebiletstore.com/event/6-ci-yerli-sirketlerin-tanitim-sergisi

Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş adamları Cəmiyyətinin Milli Assosiasiyası sərginin tərəfdaşları sırasındadır.

Baş sponsor: Məlhəm Beynəlxalq Hospital

Sponsor: Dayun

B2B Zona sponsoru: N-Advert

Təşkilati dəstək: Construction Business Group

Promo tərəfdaş: Moon Group

Media Tərəfdaşı: Global Media Group, BHB Strategic and Creative CO

Könüllü dəstəyi: UNEC, Tələbə Həmkarlar İttifaqı Komitəsi

Paylaş

Xəbər lenti

İran yeni raket buraxılış qurğusunu nümayiş etdirdi Bu gün, 21:48 "Yuventus"dan möhtəşəm qələbə: Rəqibini 4 qolla məğlub etdi Bu gün, 21:48 Azərbaycan kinosuna 12 milyon manat ayrılır – Bu vəsait hansı dəyişikliklərə yol açacaq? Bu gün, 21:48 İranda elektrik enerjisi ilə bağlı ciddi problem: Ölkə üzrə fasilələr başlayacaq Bu gün, 20:48 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib Bu gün, 20:48 Hövsanda yollar bərbad vəziyyətdədir – Sakinlər şikayət edir, bələdiyyə sənədsiz evləri əsas gətirir Bu gün, 20:48 Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır Bu gün, 20:48 Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu Bu gün, 20:48 Amerikalı nazir: TRIPP layihəsi regionda iqtisadi və ticari əlaqələrin inkişafına töhfə verəcək Bu gün, 20:48 Belçikada hava nəqliyyatı dayanmaq üzrədir: Uçuşlara ciddi məhdudiyyət qoyulacaq Bu gün, 20:48 Almaniyada kilsədə dəm qazı sızdı: 19 nəfər zəhərləndi Bu gün, 19:48 Gəncədə 16 min azarkeşin izlədiyi "Kəpəz" – "Qarabağ" matçında qol vurulmadı Bu gün, 19:48 Trampdan miqrasiya ilə bağlı sərt açıqlama: "Açıq sərhədlər ölkələri məhv edir" Bu gün, 19:48 Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik" Bu gün, 19:48 Gəncədə "Kəpəz" – "Qarabağ" matçı başladı: Tribunalarda 16 minə yaxın azarkeş var Bu gün, 18:48 Sabah hava meteohəssas insanlara təsir edə bilər – XƏBƏRDARLIQ Bu gün, 18:48 Hörmüz boğazında gərginlik artır: Bir həftədə 25 tanker hücuma məruz qalıb Bu gün, 18:48 Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü Bu gün, 18:48 Qalibaf: ABŞ hərbi yolla məqsədinə çata bilməyəcəyini anlayıb Bu gün, 17:48 "Neftçi" "Araz-Naxçıvan"ı məğlub edərək Premyer Liqada liderliyə yüksəldi Bu gün, 17:48 15 yaşlı oğlan bacısını "TikTok"da canlı yayımlar açdığına görə bıçaqlayıb - Təfərrüat Bu gün, 17:48 Buz kimi soyuq suda çimmək ÖLÜMCÜL OLA BİLƏR – Həkimdən XƏBƏRDARLIQ Bu gün, 17:48 Qızıl, bank, yoxsa daşınmaz əmlak: Azərbaycanda pulu harada saxlamaq daha sərfəlidir? Bu gün, 17:48 Zelenski: Kiyevdə dron hücumundan sonra 14 nəfərdən xəbər yoxdur Bu gün, 16:48 Məşhur turizm bölgəsində güclü yanğın Bu gün, 16:48 Məhkəmədən BYD-yə qadağa: Bu modelinin Avropada satışı dayandırılır Bu gün, 15:48 Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir Bu gün, 15:48 Cəlilabadda avtomobil 70 yaşlı piyadanı vurub Bu gün, 15:48 Paytaxtda sürüşmə təhlükəsi böyüyür: İnsanlar evlərindən köçürülə bilərlər Bu gün, 14:48 Gəncədə iki avtomobil toqquşub, iki yeniyetmə xəsarət alıb Bu gün, 14:48 Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi Bu gün, 14:48 Xərçəngin ən qəddar növünə qarşı effektiv vasitə: Yeni texnologiya nə vəd edir? Bu gün, 13:48 Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib Bu gün, 13:48 Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib Bu gün, 13:48 Görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasından 104 il ötür Bu gün, 13:48 İki boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib Bu gün, 12:48 Azərbaycanın məşhur bəstəkarının bu gün 76 yaşı tamam olur Bu gün, 12:48 Azərbaycan vətəndaşları bu ərəb ölkəsinə vizasız gedə biləcək - RƏSMİ Bu gün, 12:48 Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib Bu gün, 12:48 Məşhur futbolçu finaldan sonra müsahibə zamanı huşunu itirib Bu gün, 12:48 Qazaxda iki nəfər bıçaqlandı, polis şübhəlini saxladı Bu gün, 12:48 Azərbaycanda 4-cü kurs tələbəsi VƏFAT ETDİ Bu gün, 11:48 Bakıda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər Bu gün, 11:48 Bəzi rayonlarda intensiv yağış, Şahdağda qar yağıb Bu gün, 11:48 Astarada qəza oldu, 5 kəndin qazın kəsildi Bu gün, 11:48 COP31-də yekun saziş üzrə yeni razılaşma layihəsi təqdim edildi Bu gün, 11:48 SEPAH Bəhreyndə ABŞ-yə məxsus iki hərbi bazanı hədəfə alıb Bu gün, 10:48 İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR