
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla görüşüb.
AVESTA.AZ xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib:
"Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 14-cü iclasına həmsədrlik etdik. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, sənayenin müxtəlif istiqamətləri, energetika, kənd təsərrüfatı, logistika sahələrində tərəfdaşlığın və qarşılıqlı investisiyaların təşviqi üzrə görülən işləri dəyərləndirdik".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.