
Ucar rayonu ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Onlardan biri azyaşlıdır.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, qəza Bakı-Qazax magistralında, yolun Ucarın Küçəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı xəsarət alan şəxslər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.