3-08-2025, 11:48 1078

Azərbaycan məhsulları üçün nəhəng bazar - Çinlə ticarətin perspektivləri

Son illərdə Azərbaycanla Çin arasında iqtisadi və ticarət əlaqələrinin genişlənməsi müşahidə olunur. Hazırda Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. 2023-cü ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 3.1 milyard ABŞ dolları təşkil edib. 2024-cü ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 20.7 faiz artaraq 3.7 milyard ABŞ dollarına yüksəlib. Bu ilin yanvar-aprel aylarında isə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 37 faiz artaraq 1.4 milyard dolları üstələyib.

Ənənəvi olaraq enerji resursları ixracda üstünlük təşkil etsə də, artıq kənd təsərrüfatı və emal məhsullarının da Çinə ixracı gündəmdədir. Azərbaycandan Çinə fındıq və badam ixracına hazırlıq gedir. Artıq Çinə toyuq ayaqlarının ixracı məsələsi də gündəmdədir.

AVESTA.AZ bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Bəs, görəsən, bu bazar Azərbaycan üçün hansı perspektivlər vəd edir? Növbəti mərhələdə daha hansı məhsullarımızın Çinə ixracı mümkündür?

İxracda yeni hədəflər

Millət vəkili Vüqar Bayramov deyir ki, Çin istehlakçı sayına görə dünyanın ikinci bazarıdır: "Eyni zamanda, alıcılıq qabiliyyəti baxımından da Çin bazarı qlobal olaraq seçilir. Təbii ki, burada kifayət qədər böyük tələb var. Qiymətləndirmələr göstərir ki, Azərbaycanın Çinə ixracatında daha çox üstünlük ərzaq və kənd təsərrüfatı məhsullarına verilə bilər. Ərzaq məhsulları baxımından Çin bazarı Azərbaycan üçün kifayət qədər cəlbedici və rentabelli hesab olunur. Xüsusən nəzərə alsaq ki, Azərbaycan idxalda artıq Çinlə ən böyük tərəfdaşdır. Bu kontekstdən həm də bizim ixrac potensialımızı artırmaq lazımdır. Çünki Çindən daha çox məhsul idxal etdiyimizdən vacib məqamlardan biri də odur ki, bu ölkəyə ixracın artırılmasına nail olaq".

Millət vəkilinin fikrincə, Çin bazarına ərzaq məhsulları ixracı üçün geniş imkanları var: "Məsələn, həm meyvə suları, həm xammal, eləcə də emaledici kənd təsərrüfatı məhsullarının Çin bazarına çıxarılması potensialı yüksək qiymətləndirilir".

İstehsalın artırılmasına ehtiyac var

İqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, Çin bazarı qeyri-neft sektoru üçün əhəmiyyətli ola bilər: "Çinlə Azərbaycanın geniş ticarət əlaqələri var. Amma biz daha çox bu ölkədən idxal edirik, ixrac zəifdir. Əslində nə istehsal edə biliriksə, onu Çinə ixrac etmək mümkündür. Bazara girmək üçün çinli tərəfdaşlarla əlaqə qurulmalı, ixrac ediləcək məhsul rəqabətli olmalıdır. Çünki Çin bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı üzrə çox yaxşı inkişaf edib, özlərinin bərəkətli torpaqları var.

Təəssüf ki, hazırda Çinə əsasən, neft-kimya məhsulları ixrac edə bilərik. Yəni, biz xammal ixrac edən ölkəyik. Qızıl, neft-qaz, müəyyən qədər kənd təsərrüfatı məhsulları, pambıq çiyidi, gübrə və s. Normal istehsal olmalıdır ki, ixracın şaxələndirilməsi barədə düşünə bilək".

Rusiya bazarından asılılıq azalar

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti Emin Qəriblinin fikrincə, Çin bazarı Azərbaycan üçün böyük perspektivlər vəd edir. Ekspert vurğulayır ki, bu ölkə Azərbaycanla əlaqələrini genişləndirməkdə maraqlıdır: "Bunun bir neçə səbəbi var. Ərazimizdən keçən nəqliyyat dəhlizi, neft-kimya sənayemizin, kənd təsərrüfatının inkişafı üçün geniş potensialın olması Azərbaycanın cəlbediciliyini artırır. Artıq Çin də investisiya cəlb edən ölkədən investisiya yatıran ölkəyə çevrilib. Azərbaycan məhsul ixrac etməkdən daha çox Çin investisiyalarını cəlb etməkdə maraqlıdır. Lakin bu bazar Azərbaycan üçün böyük perspektivlər vəd edir. Bizim əsas hədəfimiz kənd təsərrüfatı məhsullarıdır. Çünki biz bu məhsulları əsasən Rusiya bazarlarına ixrac edirik. Orada zaman-zaman müəyyən dəyişikliklər baş verir, bürokratik maneələr meydana çıxır. Ona görə bu sahəni diversifikasiya etsək yaxşı olar, Rusiya bazarından asılılıq azalar. Düzdür, Çinə məsafə bir qədər çoxdur. Amma bu gün yaradılan infrastruktur layihələri gələcəkdə imkan verəcək ki, daha ucuz xərclə Çin bazarına çıxa bilək".

"Orqanik məhsullar Çin bazarında rəqabətlidir"

E.Qəribli qeyd edir ki, hazırda Çin bazarında orqanik məhsullara tələbat yüksəkdir: "Çin əhalisi 1.4 milyardı keçən, varlı və orta təbəqəsi durmadan artan, sağlam, təbii qida istehlakına marağı olan nəhəng bir bazardır. Azərbaycanın ekoloji cəhətdən təmiz məhsulları bu kontekstdə diqqət çəkə bilər. Çünki bazar böyük olduğundan orada istehlakçı tələbatını qarşılamaq üçün geni dəyişdirilmiş məhsullar təklif olunur. Hesab edirəm ki, Azərbaycanda bütün məhsullar məhz orqanik məhsul olaraq ixtisaslaşarsa, daha yaxşı olar. Bunun üçün bizdə kifayət qədər potensial mövcuddur. Xurma, gilas, ərik və s. meyvələrin keyfiyyətinin saxlanması və bu bazara ixrac olunması mümkündür".

Quru meyvə, ədviyyat və bal

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov hesab edir ki, Çin bazarına aqrar məhsullarla çıxmaq daha uğurlu ola bilər: "Məsələn, bu bazara quru meyvələr və müxtəlif ədviyyatların ixracı mümkündür. Amma bizdə bu sahədə istehsal o qədər də geniş deyil. Hazırda ancaq fındıq, qoz və badam kimi məhsulların ixrac imkanı var. Amma bal və bal məhsullarının Çinə ixracı çox perspektivli ola bilər. Dünyada ən çox bal istehlak və idxal edən ölkələrdən biri Çindir. Düzdür, öz istehsalları var, amma tələbatı tam ödəyə bilmirlər. Biz bu ölkəyə maksimum təxminən 100-150 ton bal göndərə bilərik. Bu çox azdır, əgər istehsal həcmi artarsa, ixrac imkanlarımız da genişlənər. Ümumiyyətlə, Azərbaycan balı keyfiyyətli olduğundan dünya bazarında ona yüksək tələb var. Bu sahəni inkişaf etdirə bilsək, ciddi gəlir əldə etmək mümkündür".

Paylaş

Xəbər lenti

İstanbulda sel fəlakətində ölənlərin sayı 6-ya çatıb Bu gün, 22:48 ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib Bu gün, 22:48 Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb Bu gün, 22:48 Trampdan Fransaya çağırış: Sərhədləri BAĞLAYIN Bu gün, 22:48 Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var Bu gün, 21:48 Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb Bu gün, 21:48 Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var Bu gün, 21:48 Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb Bu gün, 20:48 Azərbaycan gimnastı Dünya Kubokunun qalibi oldu Bu gün, 20:48 Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib Bu gün, 20:48 Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü Bu gün, 19:48 Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər? Bu gün, 19:48 Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı Bu gün, 19:48 Əraqçi: İran özünü müdafiə etməyə əvvəlkindən daha hazırdır Bu gün, 19:48 Güngör Yavuzarslan: "Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir" Bu gün, 18:48 Premyer Liqa: "İmişli" "Turan Tovuz"u məğlub edib Bu gün, 18:48 Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir Bu gün, 18:48 Xırdalanda uşaq əyləncə mərkəzində başlayan yanğın restorana keçib - Sakinlər danışdı Bu gün, 18:48 "Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar Bu gün, 17:48 20 min manata yaxın aliment borcu olan ata həbs edildi Bu gün, 17:48 Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi Bu gün, 17:48 Səudiyyə Ərəbistanında iki Banqladeş vətəndaşı edam edilib Bu gün, 16:48 İlyas Yalçıntaş barəsində 10 ildən çox həbs cəzası tələb olunur Bu gün, 16:48 Çaylardan sel keçəcək, dolu düşəcək Bu gün, 16:48 Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib Bu gün, 16:48 Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verəcəyini açıqlayıb Bu gün, 15:48 Hindistanda yük maşını izdihamın üzərinə çırpılıb: 15 nəfər ölüb Bu gün, 15:48 Azərbaycanın nəqliyyat infrastrukturunda yeni dövrün başlanğıcı: Ödənişli yollar effektlidirmi? Bu gün, 15:48 "Qalatasaray"ın futbolçusu Rafael Leaunun zədəsinin səbəbi bəlli olub Bu gün, 14:48 Rusiya ərazisində 1015 pilotsuz uçuş aparatı məhv edilib Bu gün, 14:48 Fransada etirazlar zamanı mağazalarını qorumağa çalışan qadının görüntüləri yayıldı Bu gün, 14:48 Estoniya Ukraynaya əlavə 10 milyon avro ayıracaq Bu gün, 14:48 İran ABŞ və İsrailə qarşı daha dağıdıcı əməliyyat planı hazırladığını açıqlayıb Bu gün, 13:48 Türkiyə millisinin müvəqqəti baş məşqçisi müəyyənləşdi Bu gün, 13:48 Almaniyada türkiyəli narkobaron silahlı şəxslərin köməyi ilə həbsdən qaçıb Bu gün, 13:48 Salyanda avtomobil aşıb, 3 nəfər xəsarət alıb Bu gün, 12:48 Qırğızıstanda TÜRKPA-nın 15-ci plenar iclası keçiriləcək Bu gün, 12:48 Litvada dron təhlükəsi ilə bağlı qırmızı hava həyəcanı elan edilib Bu gün, 12:48 Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb: İki nəfər ölüb Bu gün, 12:48 Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil Bu gün, 12:48 Türkiyə Azərbaycana Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik ünvanlayıb Bu gün, 12:48 Şouları ilə dünyaya səs salan azərbaycanlı qardaşlar: "Biz hələ də məşq edirik" Bu gün, 12:48 Holann Premyer Liqa tarixində yeni rekorda imza atıb Bu gün, 12:48 Zelenskidən sonra Ukrayna prezidentinin səlahiyyətlərini yalnız parlament sədri icra edə bilər Bu gün, 12:48 Gəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı Bu gün, 12:48 "Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu Bu gün, 12:48 Papa XIV Leo ağciyərindəki şişlə bağlı əməliyyatdan sonra xəstəxanadan evə buraxılıb Bu gün, 10:48 BƏƏ-yə məxsus yedək gəmisinə mərmi atılıb, yaralı var Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR