Bu gün, 14:48 71

Hemofiliya: İrsi qan xəstəliyinin diaqnostikası və müalicəsi

17 Aprel - Ümumdünya Hemofiliya Günü münasibətilə səhiyyə sahəsində nadir, lakin ciddi nəzarət və düzgün idarəetmə tələb edən xəstəliklərdən biri olan hemofiliyaya diqqət yetirmək xüsusi əhəmiyyət daşıyır. Qanın laxtalanma sisteminin pozulması ilə xarakterizə olunan bu irsi xəstəlik, vaxtında diaqnostika və müasir müalicə yanaşmaları sayəsində artıq idarə oluna bilən vəziyyətə çevrilib. Bununla belə, həm xəstələrin, həm də cəmiyyətin bu sahədə məlumatlı olması vacibdir.

AVESTA.AZ mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova ilə müsahibəni təqdim edir.

- Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti və hematoloq kimi, əvvəlcə hemofiliyanın nə olduğunu və onun əsas əlamətlərini izah edərdiniz.

- Hemofiliya qanın laxtalanma sisteminin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Bu zaman qanda laxtalanma faktorlarının, xüsusən faktor VIII və faktor IX çatışmazlığı müşahidə edilir. Nəticədə qanaxmalar normaldan daha uzun davam edir və ya heç bir müdaxilə olmadan anidən qanamalar görülə bilir.

Hemofiliyanın iki əsas növü var. Faktor VIII çatışmazlığı zamanı rast gəlinən hemofiliya A və faktor IX çatışmazlığı zamanı hemofiliya B. Onu da vurğulamaq istəyirəm ki, xəstəliyin böyük hissəsi hemofiliya A-nın payına düşür.

Hemofiliya genetik mutasiya nəticəsində yaranır və X xromosomu ilə əlaqəli irsən ötürülür. Məhz bu səbəbdən qadınlar, adətən, xəstəliyin daşıyıcısı, kişilər isə aktiv xəstə olurlar. Lakin nadir vəziyyətlər var ki, məsələn, Turner sindromunda yalnız bir ədəd X xromosomu olduğu üçün xəstəlik qadınlarda da görünə bilər və ya valideynlərin hər ikisində də X xromosomu hemofiliya genini daşıyarsa, bu zaman qadınlarda da aktiv xəstəlik izlənilə bilər.

Xəstəliyin əsas əlamətləri arasında iməkləmə dövründən etibarən hemartroz - oynaqlara qansızma, vücudun istənilən yerində iri qanamalar - hematomlar, hər hansı travma və ya cərrahi əməliyyat zamanı gec dayanan qanamaların izlənməsi qeyd olunur. Ağır hallarda öz-özünə daxili orqanlara və ya kəllə beyinə qanamanın olması da ciddi simptomlardandır.

Xəstəliyin mülayim, orta və ağır dərəcələri var. Ağır dərəcəli hemofiliya xəstələrində qanamalar spontan olduğu kimi, daxili qanamalar şəklində ola bilir ki, bu zaman insan həyatı üçün ciddi risk yaranır.

Hemofiliya: İrsi qan xəstəliyinin diaqnostikası və müalicəsi

- Xəstəliyin diaqnostikası və müalicəsi necə aparılır?

- Diaqnostikası əsasən qan analizlərinə istinadən icra edilir. Belə ki, qanda faktorların səviyyəsinin təyini ilə diaqnoz təsdiqlənə bilir. İlk növbədə rast gələn qanama şübhəsi üzərindən qanın ümumi analizi və koaquloqramma testlərinə baxılır, mövcud laborator dəyişiklik faktorların təyini üçün ilk addım olur.

Müalicəsi, əsasən, ömür boyu, xəstəliyin ağırlıq dərəcəsinə görə çatışmayan faktoru damar daxilinə yeridilərək icra edilir. Müasir dövrdə əvəzedici faktor müalicəsi ilə birgə hədəfə yönəlmiş müalicə (Target terapiya), gen mühəndisliyi (gen terapiyası ilə xəstənin öz qaraciyərində faktor VIII və ya faktor IX istehsal edilir ki, bu da bir çox hallarda müalicəni əvəz etmiş olur) tətbiq olunur.

Bundan başqa davamlı faktor istifadəsinə məruz qalan şəxslərdə bəzən faktor preparatlarına qarşı anticisimlər (inhibitorlar) yaranır. Müasir immunosupressiv "bypass" agentlərlə bu problem həll yolunu tapır. Müasir müalicə yanaşmaları hemofiliyalı şəxslərin ömür boyu sağlamlığını qorumağa və normal həyat keyfiyyətini təmin etməyə imkan verir.

- Hemofiliya daşıyıcısı kim olur və risk mexanizm necə işləyir?

- Hemofiliya daşıyıcısı - xəstəliyin genetik mutasiyasını daşıyan, lakin adətən klinik əlamətlər göstərməyən şəxsdir. Özlərində klinik əlamətlər müşahidə edilməsə də, resessiv yolla bu şəxs xəstəliyi öz övladlarına ötürür.

Adətən qadınlar bu xəstəliyin daşıyıcıları olurlar, yəni X xromosomu ilə ötürülən xəstəlik qadınlardakı XX xromosomunun birində olur və digər sağlam X xromosomu funksiyanı kompensasiya edə bilir. Digər X xromosom sağlam olduğu üçün qadınlarda şikayətlər izlənmir. Lakin kişi cinsindəki Y xromosomu ilə birləşdikdə xəstə oğlan uşağı doğulur.

Buradan anlaşılan odur ki, əgər ana daşıyıcı, ata sağlamdırsa, oğlan uşaqlarının 50%-i xəstə, qız uşaqların 50%-i daşıyıcı olur və ya ata xəstə, ana sağlamdırsa, bütün qız övladlar daşıyıcı, oğlanlar isə sağlam olurlar. Hemofiliya xəstəliyinin yayılmasında daşıyıcı qadınların rolu var, məhz bu səbəbdən genetik məsləhət və erkən diaqnostika bu xəstəliyin populyasiyada yayılmasının qarşısını alaraq, xəstəliyin idarə olunmasında vacib əhəmiyyət daşıyır.

- Hemofiliya xəstələri qidalanmada nəyə diqqət etməlidirlər?

- Hemofiliyalı xəstələrin doğru qidalanması qanaxmaların qarşısını almaqda və ümumi sağlamlığın qorunmasında mühüm rol oynayır. Belə ki, bu şəxslər balanslaşdırılmış qidalanmadan, damar divarının möhkəmliyində əhəmiyyəti olan vitamin K və C ilə zəngin qidalara üstünlük verməlidirlər. Artıq çəki sümük-oynaq sisteminə əlavə yük olaraq əks göstərişdir, bu səbəbdən də ciddi çəki kontrolu olunmalıdır. Proteinli, vitaminlə zəngin qidalara üstünlük verilərək, yağ və şəkər yükündən qismən azad olunmaq daha tövsiyə olunandır.

- Valideynlər hemofiliyalı uşaqlara necə dəstək ola bilərlər?

- Hemofiliyalı uşaqların sağlam inkişafı üçün valideynlərin rolu əvəzsizdir. Xəstəliyin erkən diaqnostikasında, qanaxmalara yanaşmada valideyn nə qədər məlumatlıdırsa, erkən diaqnostika ilə xəstəliyin səbəb ola biləcək əlillik və digər ağırlaşmaların qarşısı alına bilir. Sözsüz ki, evdə də təhlükəsiz mühit yaradılmalı, uşağın fiziki aktivliyi ilk dövrdən etibarən nəzarət altında saxlanmalıdır. Hemofiliya xəstəliyi uşaqların sosial və psixoloji fəaliyyətini məhdudlaşdırmamalı, gərəkli hallarda valideyn və məktəbdə müəllimlər də bu xəstəlik haqqında periodik məlumatlandırılmalıdırlar.

- Azərbaycanda hemofiliya xəstələrinə dövlət qayğısı necədir?

- Azərbaycanda hemofiliya nadir, lakin sosial əhəmiyyətli xəstəliklərdən biridir. Azərbaycanda hemofiliyalı xəstələrə dövlət qayğısı sistemli şəkildə icra edilir və bu istiqamətdə xüsusi dövlət proqramları qəbul edilib. Belə ki, Azərbaycan Respublikasında hemofiliya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərə tibbi yardımın yaxşılaşdırılması məqsədilə ilk dövlət proqramı 2006-cı ildə təsdiq edilib. Sonrakı illərdə dövlət proqramları daha təkmilləşib və mərhələli şəkildə icra edilib. Xüsusilə, 2011-2015 və 2016-2020-ci illəri əhatə edən proqramlar çərçivəsində hemofiliyalı xəstələrin laxtalanma faktorları ilə davamlı və mərkəzləşdirilmiş qaydada təmin olunması həyata keçirilib.

Hazırda bu istiqamətdə görülən işlər səhiyyə sistemində davamlı islahatlar çərçivəsində davam etdirilir. Bu çərçivədə xəstələr laxtalanma faktor preparatları ilə ödənişsiz təmin edilir, bu da qanaxmaların qarşısının alınmasına və ağırlaşmaların minimum endirilməsinə xidmət edir. Dövlət proqramları çərçivəsində həmçinin xəstələrin sosial müdafiəsi, onların həyat keyfiyyətinin yaxşılaşdırılması və cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlər görülür. Görülən tədbirlər nəticəsində Azərbaycanda hemofiliyalı xəstələrin yaşam müddəti və keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Paylaş

Xəbər lenti

ABŞ-də keçmiş vitse-qubernator həyat yoldaşını öldürüb, sonra intihar edib Bu gün, 16:49 Hikmət Hacıyev: Azərbaycan regional sahibliyin qəti tərəfdarı olub Bu gün, 16:49 Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə iştirak edir Bu gün, 16:48 Azərbaycanda rekord: katarakta əməliyyatı cəmi 1 dəqiqə 39 saniyəyə icra edildi Bu gün, 16:48 Qəhvə aşağı təzyiqi "xilas etmir" – həkimlərdən 3 vacib açıqlama Bu gün, 16:48 "Haber Global"da İlham Əliyevin Antalya Diplomatiya Forumundakı görüşləri barədə süjet yayımlandı Bu gün, 16:48 Prezident İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakistanın Baş naziri ilə görüşüb Bu gün, 16:48 XƏBƏRDARLIQ! - 3 gün YAĞIŞ YAĞACAQ - Bu tarixdən... Bu gün, 16:48 MN: "Anadolu Ankası - 2026" beynəlxalq təlimi uğurla başa çatıb Bu gün, 16:48 Ermənistan və Azərbaycan parlament sədrləri təmasların davamı barədə razılaşıblar Bu gün, 15:48 Kobud qayda pozuntularına yol verən sürücü cəzalandırıldı Bu gün, 15:48 "Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır Bu gün, 15:48 Alen Simonyan: "Azərbaycanla ticarəti daha da genişləndirməliyik" Bu gün, 15:48 Xırdalanda yaşayış kompleksində YANĞIN BAŞLAYIB Bu gün, 15:48 Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsi üzrə YENİ İXTİSAS YARADILDI Bu gün, 15:48 Sabahdan külək güclənəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Dəyişkən gəlirdə şəxsi büdcə necə planlanmalıdır? – maliyyə mütəxəssislərindən izah Bu gün, 15:48 Piyada olmağın peşmanlıq gətirdiyi yerlər: Səkilər niyə "işğal" altındadır? Bu gün, 15:48 ABŞ-də ICE rəhbəri istefa verdi – səbəblər açıqlanmayıb Bu gün, 15:48 Sürücülük hüququ olmayan sərxoş kişi məsuliyyətdən yayınmağa çalışdı - Postda TUTULDU Bu gün, 15:48 Binəqədidə dəhşətli hadisə: Kişi keçmiş arvadını öldürüb, evə od vurdu - ADLAR Bu gün, 15:48 Azər Hacıyevə yüksək vəzifə verildi Bu gün, 15:48 Avropa çempionatı: Finala yüksələn Hidayət Heydərov ən azı gümüş medalı təmin edib Bu gün, 14:48 Hemofiliya: İrsi qan xəstəliyinin diaqnostikası və müalicəsi Bu gün, 14:48 Prezidentin köməkçisi: Azərbaycan beynəlxalq sülh gündəliyini dəstəkləyir Bu gün, 14:48 Kürdəmir stansiyasının açılışı olub Bu gün, 14:48 Xalq artistinin qardaşı qızının meyiti tapıldı - 1 həftə əvvəl ölübmüş Bu gün, 14:48 Hikmət Hacıyev: Azərbaycan regionda yeni əməkdaşlıq formatı yaradıb Bu gün, 14:48 İcra məmurları tələbi borclunun sərvətlərinə yönəldə bilər Bu gün, 14:48 Nərimanovda zəncirvari QƏZA - 4 maşın bir-birinə çırpıldı Bu gün, 14:48 KT və rentgen ildə neçə dəfə edilə bilər? Bu gün, 14:48 Binəqədidə DƏHŞƏTLİ HADİSƏ: Ölənlər var Bu gün, 14:48 Avropa çempionatı: Hidayət Heydərov yarımfinala yüksəlib Bu gün, 13:48 İlham Əliyevin Antalyada Şimali Kipr Prezidenti ilə görüşü olub Bu gün, 13:48 Prezident İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü olub Bu gün, 13:48 Hava Hücumundan Müdafiə ixtisası üzrə MAXE olmaq istəyənlərin NƏZƏRİNƏ Bu gün, 13:48 31 yaşlı qadın itkin düşüb Bu gün, 13:48 Həcc vizası olmayanlar ölkədən deport ediləcək Bu gün, 13:48 İtaliyada film kimi bank soyğunu: 25 nəfər girov götürüldü Bu gün, 13:48 Röya Ayxan "Ay qız"ı təqdim etdi Bu gün, 13:48 Snapçat şirkəti 1000 əməkdaşını ixtisar edir Bu gün, 13:48 FIFA Dünya Kuboku 2026 ərəfəsində turist axını gözləniləndən azdır Bu gün, 13:48 Yer kürəsinə maqnit qasırğası gələcək Bu gün, 12:48 Şahin Mustafayev: "İranla sərhəddəki infrastrukturla sutkada minə yaxın yük maşını buraxılacaq" Bu gün, 12:48 Qlobal bazarlarda qeyri-müəyyənlik: investorlar ehtiyatlı davranır Bu gün, 12:48 Zakir Həsənov azad edilən ərazilərdə hərbi hissələrdə görülən işlərlə tanış olub Bu gün, 12:48 Hidayət Heydərov Avropa çempionatında növbəti qələbəsini qazanıb Bu gün, 12:48 Hülya Avşarın 28 yaşlı qızı iş adamı ilə evlənir Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR