Bu gün, 15:48 94

İş adamı Fuad Allahverdiyevi şantaj edən keçmiş həyat yoldaşına AĞIR CƏZA

Bir il əvvəl ictimaiyyətə daha çox qalmaqallı ailə mübahisəsi kimi təqdim olunan - sahibkar Fuad Allahverdiyevin işi bir neçə gün əvvəlki məhkəmə hökmü ilə fərqli hüquqi məzmun alıb.

BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Allahverdiyevin keçmiş həyat yoldaşı Gülşən Əsgər qızı Allahverdiyeva hədə-qorxu ilə tələb etmə və qanunsuz materialların yayılması ilə bağlı cinayət əməllərində təqsirli bilinib.

Hadisələrin ilkin mərhələsində əsas diqqət Fuad Allahverdiyevə qarşı irəli sürülən ittihamlara yönəlmişdi. 2025-ci ildə yayılan məlumatlarda onun keçmiş arvadı ilə bağlı cinayət işi üzrə məhkəmə qarşısına çıxarıldığı, barəsində müxtəlif ittihamların irəli sürüldüyü bildirildi.

Həmin dövrdə iş adamının adı ictimai müzakirələrdə daha çox neqativ kontekstdə hallandırılır, məsələ sadəcə keçmiş ər-arvad arasında yaranmış şəxsi münaqişə kimi təqdim olunurdu.

Lakin sonrakı məhkəmə qərarları bu mənzərəni dəyişib. Açıq mənbələrdə dərc olunan məlumatlara görə, Xəzər Rayon Məhkəməsi 2025-ci ildə Fuad Allahverdiyevə qarşı irəli sürülmüş ittihamlardan biri üzrə bəraət hökmü çıxarıb, həbsdə saxlanıldığı müddəti nəzərə alaraq onun nəzarət şərti ilə məhkəmə zalından azadlığa buraxılmasına qərar verib. Sonradan isə o, amnistiya aktına əsasən cəzadan azad edilib, hazırda məhkumluğu yoxdur.

28 aprel 2026-cı il tarixli hökm isə işin başqa tərəfini ön plana çıxarıb. İstintaq materiallarına əsasən, Gülşən Əsgər qızı Allahverdiyeva Fuad Allahverdiyevə aid şəxsi xarakterli foto və video materialları qanunsuz şəkildə əldə edib, həmin materiallardan tamah məqsədilə istifadə etməkdə və hədə-qorxu yolu ilə külli miqdarda əmlak tələb edib.

İş materiallarında diqqətçəkən epizodlardan biri tərəflər arasında 2014-cü ildə rəsmiləşdirildiyi bildirilən nikahla bağlıdır. Materiallarda həmin nikahın rəsmiləşdirilməsi ilə bağlı mübahisəli məqamların olduğu, bu epizod üzrə Gülşən Əsgər qızı Allahverdiyevanın yaxın qohumu olan və həmin dövrdə Abşeron Rayon Qeydiyyat Şöbəsində çalışdığı bildirilən Tahirə Əsgərovanın adının keçdiyi qeyd olunur.

Məhkəmə sənədlərində əksini tapan digər mühüm istiqamət pul və əmlak məsələsi ilə bağlıdır. Təqdim olunan məlumatlarda qeyd edilir ki, Gülşən Allahverdiyeva Fuad Allahverdiyevə məxsus pul vəsaitlərini ələ keçirməkdə də təqsirləndirilib. Həmin məlumatlara görə, bu vəsaitlərin bir hissəsinin sonradan onun qardaşı Elşən Əsgər oğlu Əsgərovun adına şəhərin mərkəzində bahalı mənzilin alınmasına yönəldildiyi bildirilir. Bu epizod işin yalnız şəxsi münasibətlər müstəvisində deyil, həm də əmlak maraqları və maddi nəticələr kontekstində araşdırıldığını göstərən əsas detallardan biri kimi təqdim olunur.

Başqa bir mühüm detal isə cinayətdə istifadə olunduğu göstərilən mobil nömrə ilə bağlıdır. Bildirilir ki, intim xarakterli materialların paylaşıldığı "WhatsApp" qrupunun yaradılması və həmin materialların yayılması Gülşən Allahverdiyevanın atası Əsgər Mikayıl oğlu Əsgərovun adına olan mobil nömrə üzərindən həyata keçirilib. Təqsirləndirilən şəxs məhkəmədə həmin nömrənin atasına məxsus olduğunu, qrupun onun tərəfindən yaradıldığını və videoların da atası tərəfindən paylaşıldığını bildirib. Lakin məhkəmə bu müdafiə mövqeyini qəbul etməyib. Hökm məhz Gülşən Əsgər qızı Allahverdiyeva barəsində çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi üzrə 10 il, 242-ci maddəsi üzrə isə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Cəzalar qismən toplandıqdan sonra Gülşən Allahverdiyevaya qəti olaraq 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun övladı 14 yaşına çatana kimi (2029-cu il) cəzanın çəkilməsi təxirə salınıb.

Beləliklə, əvvəlcə ictimaiyyətə Fuad Allahverdiyevin əleyhinə təqdim olunan qalmaqal sonrakı məhkəmə qərarları fonunda fərqli hüquqi mənzərə yaradıb. 2025-ci ildə onun adı ağır ittihamlarla gündəmə gətirilmişdi. 2026-cı ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü artıq keçmiş həyat yoldaşının şəxsi həyat materiallarından istifadə etməklə hədə-qorxu mexanizmi qurması məsələsinə hüquqi qiymət verib.

Bu hökm yalnız ailə münaqişəsi kimi təqdim olunan hadisənin yekunu deyil. İş materiallarında şəxsi həyatın toxunulmazlığı, hədə-qorxu, əmlak tələbi, reputasiya zərbəsi və üçüncü şəxslərin adına rəsmiləşdirildiyi bildirilən əmlak epizodları kimi bir neçə istiqamət önə çıxır. Məhkəmə qərarı göstərir ki, şəxsi münasibətlər zəminində başlayan mübahisə hədə-qorxu və maddi tələb mexanizminə çevrildikdə məsələ artıq ailə müstəvisindən çıxaraq cinayət-hüquqi məsuliyyət doğuran hadisə kimi qiymətləndirilir.

Paylaş

Xəbər lenti

Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu Bu gün, 16:48 BYD və "Lexus" "Gənclik"dəki tuneldə QƏZA EDİB - Xəsarət alanlar var Bu gün, 16:48 Gürcüstanda AĞIR QƏZADAKI ölən azərbaycanlı gənclərin FOTOSU Bu gün, 16:48 Bəzi ərazilərdə qaz kəsiləcək Bu gün, 16:48 Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb Bu gün, 16:48 Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib Bu gün, 16:48 ETX kiberdələduzluq cəhdləri ilə bağlı xəbərdarlıq edib Bu gün, 16:48 "Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb Bu gün, 15:48 Hikmət Hacıyev: "Qlobal Cənub ölkələri bütün bu proseslərdə və təşəbbüslərdə fəal iştirak etməlidirlər" Bu gün, 15:48 Azərbaycanda iki yeni institut yaradılıb Bu gün, 15:48 COVID-lə mübarizə aparan tibb işçilərinə əlavələrin verilməsi uzadıldı Bu gün, 15:48 Azərbaycanın 9 şəhərində keçirilən WUF13 festivallarında 115 mindən çox insan iştirak edib Bu gün, 15:48 SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin yeni brend adı təqdim edilib Bu gün, 15:48 Bu marşrut üzrə avtobuslar YENİLƏNİR Bu gün, 15:48 İş adamı Fuad Allahverdiyevi şantaj edən keçmiş həyat yoldaşına AĞIR CƏZA Bu gün, 15:48 "Qəbələ" Asif Məmmədova görə 10 min manat cərimələnib Bu gün, 15:48 6680 nəfər Azərbaycanda müvəqqəti yaşama icazəsi üçün müraciət edib Bu gün, 14:48 BƏƏ sahillərində gəmi ələ keçirilib və İran istiqamətinə yönləndirilib Bu gün, 14:48 "Xəzər dənizinin səviyyəsinin azalması risklər yaradır" - Muxtar Babayev Bu gün, 14:48 AZCON və AzTU-dan mühəndislik təhsilində yeni model: AZSET proqramına start verildi Bu gün, 14:48 Sabiq rektor vəfat etdi Bu gün, 14:48 Tamamilə Yeni RAV4 – Hər macərada daha möhkəm və daha rahat Bu gün, 14:48 Buraxılış imtahanlarında DƏYİŞİKLİK! Məleykə Abbaszadədən AÇIQLAMA Bu gün, 14:48 Bakıda iş yoldaşını öldürməkdə ittiham olunan şəxsin məhkəməsi başlayıb Bu gün, 14:48 Qatarla artıq bura da getmək mümkün olacaq Bu gün, 14:48 Mayis Musayev işdən çıxdı Bu gün, 14:48 "Qadın səbrli olmalı, hər şeyi nizama salmalıdır" Bu gün, 13:48 İçərişəhərdə ilk dəfə sakinlərin statistik uçotu aparılır Bu gün, 13:48 Azərbaycanda boşanmaların sayının artmasının ən böyük səbəbi ailə modelinin dəyişməsidir Bu gün, 13:48 Azərbaycanda 3 elektron pul təşkilatının lisenziyaları ləğv edilib Bu gün, 13:48 WUF13-lə bağlı Azərbaycana gələn əcnəbilərin DİQQƏTİNƏ! 30 gün... Bu gün, 13:48 11-ci sinif şagirdi məktəbdə xəsarət aldı Bu gün, 13:48 Milyardlıq kosmetika imperiyasını tərk edib rahibliyə keçdi Bu gün, 13:48 Tramp və Si arasında ticarət razılaşması qlobal bazarlara təsir edə bilər Bu gün, 13:48 Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı Bu gün, 13:48 6680 nəfər Azərbaycanda daimi yaşama icazəsi üçün müraciət edib Bu gün, 13:48 Bakı-Qəbələ qatarı ilə bağlı YENİLİK! Bu gün, 13:48 Muxtar Babayev: Azərbaycan Cənub–Cənub əməkdaşlığını gücləndirir Bu gün, 12:48 Akif İslamzadə xəstəxanadan evə buraxılıb Bu gün, 12:48 III kurs tələbəsi vəfat etdi Bu gün, 12:48 Səfərbərlik Xidməti bu şöbələri LƏĞV ETDİ Bu gün, 12:48 Gürcüstanda 7 azərbaycanlı gəncin öldüyü AĞIR QƏZA olub Bu gün, 12:48 Ceki Çanın yeni filminin çəkilişləri Azərbaycanda olacaq Bu gün, 12:48 Səhiyyə müəssisələrində lisenziya məsuliyyəti ilə bağlı qaydalar açıqlanıb Bu gün, 12:48 30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU Bu gün, 12:48 Yol polisi Sumqayıtda reyd keçirib Bu gün, 12:48 Qarabağa investisiya ilə bağlı 39 ölkədən müraciət edilib Bu gün, 12:48 Ukraynada Andrey Yermakla bağlı həbs qərarı verilib Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR