
Bakının Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb.
Bu barədə AVESTA.AZ Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həyata keçirilən tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən V.Qurbanov saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin tanışının evindən 33 min manat pul vəsaitini oğurladığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.